Cəmiyyət

“Yaşlı adamlara isə münasibət lap fərqli olub” – PARTİYA SƏDRİ

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşlarla tez -tez görüşən, onları dinləyən ,seçicilərinin probleminin həllinə çalışan millət vəkillərindəndir.

Razi Nurullayevin bu gün daha bir vətəndaşla görüşü və görüşdən sonra paylaşdığı təsurat izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, millət vəkili bu dəfə Saatlı rayonundan olan Dusəri babayla görüşüb. Bu barədə partiya sədrinin yazdığı təsuratı olduğu kimi təqdim edirik :

Dusəri (fərqli addır, Mesheti Türküdür) kişi köhnə kişilərdəndir. Saatlıdan durub gəlib bir günlük Masazıra ki, kürəkəni, qızı və nəvələri ilə görüşsün. Çox yaşlıdır, amma kənddən sovqatla gəlib. Kişi gəlib taksidən düşüb avtovağzala. Heç kimə də deməyib ki, qarşılasınlar onu. Minib 569 marşruta ki, Masazıra gəlsin. Deyir ki, basabas idi, oturmağa yer yox idi. Kişinin də beli bükülüb, yaşlıdır. Deyir ki, bir yaşlı kişi qalxdı ayağa yerini verdi mənə. Dedi ki, sən məndən yaşlısan, gəl otur. Deyir düz öndə gənc bir xanım oturmuşdu, heç tərpənmədi də. Bir az kənarda da cavanlar vardı. Qalxan olmadı.

İnanın ki, çox pis oldum. Axı biz belə deyildik. Bizdə qocaya, qadına hörmət olub. Gənc qızlara belə oğlanlar qalxıb yer verib. Biz hər zaman belə olmuşuq. Yaşlı adamlara isə münasibət lap fərqli olub. Mən bu hala çox təəssüf etdim. Ayıbdır. Yaşlı insan görəndə, qadın görəndə qalxın yerinizi verin, hörmət edin. Sizlər də qocalacaqsınız!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button