İdman
FIFA “Qarabağ”ın rəqibinə transfer qadağası qoyub
FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransa “Marsel”ini cəzalandırıb.
Klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə “Uotford”undan “Marsel”ə keçib.
Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək/report
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]