Mədəniyyət

Ağdaş Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi vəfat edib

Azərbaycanın qocaman mədəniyyət işçisi,Ağdaş Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Tahir Əliyev vəfat edib.

Mədəniyyət Nazirliyindən “Analoq“a verilən məlumata görə, T.Əliyev bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Tahir Məmməd oğlu 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olub.

Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunub, 2003-cü ilədək bu vəzifədə çalışıb. 2003-cü ildən Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin vəzifəsində işləyib, 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

T.Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 9 yanvar 2019-cu il tarixinədək həmin vəzifədə çalışıb.

2009-cu ildə Tahir Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button