Cəmiyyət

Milli Cəbhə Partiyası şəhid ailələrini ziyarət edib – FOTOLAR

Bu gün Milli Cəbhə Partiyası – MCP sədri, deputat Razi Nurullayev başda olmaqla bir qrup rəhbər heyəti və fəalları Bakı şəhərində şəhid ailələrini ziyarət edib.

Milli Cəbhə Partiyası (MCP) sədri, deputat başda olmaqla Şəhid Məhəmməd İsmayılzadənin atası Fizuli kişini, anası Miranə xanımı ziyarət etdik. Şəhidimiz 2020-ci il oktyabrın 25-də şəhid olub. Atası Fizuli kişi də Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 24 yaşlı şəhid ailənin yeganə oğlu olub. Biq qız övladları qalıb və ana deyir ki, dörd ildir nişanlıdır, toy qərarı verə bilmirik. Bu ailə bu günə qədər tanış olduğumuz, ziyarət etdiyimiz unikal ailələr sırasındadır.

Millət vəkili Razi Nurullayev şəhid valideynlərinə təsəlli verib, övladlarının Vətən üçün, xalqımız üçün uca bir zirvəyə yüksəldiyini vurğulayıb. Deputat qeyd edib ki, şəhidlərimizin xatirəsıni uca tutmaq, onların ailə üzvlərini, valideynlərini ziyarət etmək Milli Cəbhə Partiyasının qarşıya qoyduğu prioritet məsələlərdəndir.
Razi Nurullayev ziyarət əsnasında şəhid anasının bu ifadələrindən mütəəssir olduğunu belə dilə gətirib: “Miranə ana. Ana deyirəm, ana! Bu günə qədər bir xahişi olub. O da şəhid oğlunun yanında bir qəbir yeri. O da təmin edilib. Fizuli kişi də heykəltaraşdır. Şəhid oğlu ilə bərabər işləyib. Şəhid Məhəmmədin bir əl qabiliyyəti, bir istedadı olub ki…
Allah-təala onu xüsusi istedadla mükafatlandırıb və sonra da öz yanına aparıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button