Mədəniyyət

Esmira Günəşin “Qürur yerimiz” kitabının Abşeron Tarix Diyarşünaslıq Muzeyində təqdimatı oldu

Azərbaycanın bütün bölgələrində şəhidlərimizə həsr olunmuş kitablarına təqdimatlar keçirən şairə Esmira Günəş bu dəfə də “Qürur yerimiz” kitabına Abşeron Tarix Diyarşünaslıq Muzeyində təqdimat keçirərək şəhid analarını bir araya topladı.

Tədbirdə Diyarşünaslıq Muzeyinin rəhbəti Cəmilə xanım, şəhid Rəsul Sadıqovun, şəhid Əsəd Həsənovun, şəhid Məzdək Eyvazlının, şəhid Cavid Həsənovun, şəhid Bilal Qənbərovun, şəhid Adəm Əliyevin ailə üzvləri ilə yanaşı Abşeron MKS-in rəhbəri və kitabxana nümayəndələri, Millət vəkili Razi Nurullayevin rəhbəri olduğu MCP-nın aktiv üzvləri və s, iştirak edirdi.

Tədbirin aparıcısı şairə Esmira Günəş kitabları haqqında məlumat verərkən qeyd etdi ki, yeni “Xarıbülbüllər” kitabında yer alan bütün şeirlərinə Türkiyədə musiqilər bəstələnəcək və qiraətçilər tərəfindən səsləndiriləcək.

Beləliklə kitabda yer alan bütün şəhidlər həm də Türkiyədə tanınacaq. Tədbirdə ilk olaraq şəhid ailələrinə söz verilərək, kitabları təqdim olunub daha sonra isə tədbir şeirlər və qonaqların çıxışları ilə davam edərək, xatirə şəkilləri ilə yekunlaşıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button