Redaktor seçimiŞikayət

Masazırda küçə itləri sakinlərə problem yaradır – ŞİKAYƏT + VİDEO

Masazırda küçə itləri sakinlərə problem yaradır
Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz küçə itləri sakinlərə ciddi problem yaradır.
Analoq.az-a məlumat verən mənbə bildirir ki, yüzdən çox küçə iti Masazır qəsəbəsi İcra Nümayəndəliyi, Bələdiyyə binası və 1 saylı orta məktəbin yaxınlığında dəfələrlə azyaşlı uşaqlara, qocalara hücum edib.

Sakinlər aidiyyatı orqanlara, rayon icra hakimiyyətinə, qəsəbə icra nümayəndəliyinə, bələdiyyəyə şikayət və müraciətlər ünvanlasalar da problem hələlik həllini tapmayıb.Analoq.az olaraq problemi aidiyyatı orqanların nəzərinə çatdırır, məsələnin tezliklə həll olunmasını ümid edirik. Mövzunu diqqətdə saxlayacağıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button