Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
Azər Paşa Nemətov teatr ictimaiyyəti və rəhbərlik etdiyi kollektivin üzvləri adından koronovirus pandemiyasından əziyyət çəkən insanlara şəfa diləyib, Azərbaycan vətəndaşlarının sağlam gələcəyi uğrunda virusla mübarizədə öz töhfəsini verən bütün insanlara təşəkkürünü bildirib: “Azərbaycan dövləti koronovirus pandemiyasının qarşısının alınması istiqamətində çox vacib və faydalı addımlar atıb, tədbirlər həyata keçirib. Dövlətimizin başçısının fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu bunun ən böyük bariz nümunələrindən biridir. Ölkəmizin Prezidenti və Birinci vitse-prezidentimiz böyük nümunə göstərərək bir illik əmək haqlarını bu fonda ianə etdilər. Biz də dəstək göstərməyi özümüzə borc bildik. Səhiyyə işçilərimiz, eyni zamanda digər əlaqədar qurumlar çox böyük fədakarlıqla bu pandemiyaya qarşı mübarizə aparırlar. Onların hər birinə öz minnətdarlığımızı bildiririk. İnanıram ki, bu xəstəlik tezliklə ölkəmizdən çəkilib gedəcək və həyatımız yenə öz məcrasına qayıdacaq, insanlar sağlam, xoşbəxt və qayğısız yaşayacaqlar”.
Turan Etibaroğlu
Analoq.az