MaraqlıMədəniyyət

Tanınmış diktor 75 yaşını qeyd edir

Bu gün respublikanın xalq artisti, tanınmış diktor Eldost Bayram 75 yaşını qeyd edir.

25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olan Eldost Bayram 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. 1969-cu ildə burada təhsilini başa vurub, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor kimi fəaliyyətə başlayıb.

Ali dərəcəli diktor kimi uzun illər öz fəaliyyətini uğurla davam etdirən ustad sənətkar 2006-cı ildə “Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında “Tərəqqi” medalına ,2016-cı ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Analoq.az adından sevimli sənətkarımızı təbrik edir ona uğurlar və can sağlığı arzu edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button