Araşdırma

III İmamqulu xan İqbalüddövlə: Bir sərkərdənin iqbalı

III İmamqulu xan Avşar elinin İmanlı oymağının Qasımlı tayfasındandır. Onun mənsub ilduğu soy I Şah Abbasın hakimiyyəti dönəmindən Azərbaycan (Təbriz) bəylərbəyliyinin Urmiya vilayətində hakim olmuşdu.

Ulu babası Rzaqulu xan Məhəmmədmusa xan oğlu 1768-ci ildə Kərim xan Zəndin fərmanı ilə Urmiyaya başçılıq etmişdi.

Babası İmamqulu xan Rzaqulu xan oğlu (1758-1783) on bir il Urmiyanın müstəqil hakimi olmuşdu.

Atası Lütfəli xan İmamqulu xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Uzurpator əmisinə qarşı mübarizə aparmışdı.

Lütfəli xan taxta namizəd olan böyük qardaşı Hüseynqulu xanı öyrədirdi ki, əmisi Məhəmmədqulu xanı yıxıb, yerinə keçsin. Onlar xanlığı öz haqları bilirdilər.

Hüseynqulu xan üsyana başlayır. Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar.

Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşıoğullarının ardınca bir neçə atlə göndərir. Atlılar onları tutub, Urmiyaya qaytarırlar. O, bir müddət zindanda yatandan sonra azadlığa çıxdı.

Lütfəli xan Qacar ordusunun 7-ci və 8-ci hissələrinin komandanı olmuşdu. Sərtip rütbəsi almışdı.

Lütfəli xan Hacı Saniyyə xanım Məhəmmədqulu xan qızı Qasımlı-Avşarla ailə qurmuşdu. Əsgər xan, Yusif xan, İmamqulu xan adlı oğulları vardı.

İmamqulu xan Lütfəli xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. İqbalüddövlə ləqəbini daşıyırdı. Avşar eli içində Böyük xan kimi tanınırdı.

İmamqulu xan Əsgər xan Əbdülməlikinin başçılıq etdiyi Avşar qoşununun sərdarı oldu. Onun qoşunu Naxçıvana hərəkat edib oranı ruslardan qorumağa başladı.
İmamqulu xan əmir tuman rütbəsinədək yüksəlmişdi.

İmamqulu xan Şeyx Übeydullah üsyanını yatırılmasında fəal iştirak etmişdi. Osmanlı tabeliyində olan və Azərbaycandakı kürd əşirətləri içərisində də nüfuz qazanmış Şeyx Übeydullah Şəmzini 1881-ci ildə Güney Azərbaycana hücum çəkdi. Kürdlər Şeyxin ətrafında birləşərək kəndləri qarət etməyə, əhalini öldürməyə başladılar. Şeyxin oğlu Əbdülqadir və Osmanlı dövlətindən qaçaraq Soyuqbulaqda yerləşən Mərgvər tayfasının başçısı Həmzə ağa Qoşaçaya həmlə edib kəndləri yandırdı.

Məlikkəndi də Qoşaçayla eyni taleni yaşadı. Bu hadisələrdə onlarla kənd dağıdıldı, on minlərlə insan həyatını itirdi. Birinci dünya müharibəsi dövründə erməni, assuri və kürd üsyanları Azərbaycan üçün daha ağır və təhlükəli nəticələr doğurdu. Məsələn, Urmiya ətrafındakı 300 kəndin az qala hamısı dağıdıldı. Urmiyanın əhalisi 25 mindən 5 minə endi.

B. Nikitine yazır: «Bu üzdən geri çağrıldı və yerinə İqbalədövlə Əmir Tuman keçdi. Urmiyaya gələrək, Şeyxin təhlükəli istəkləriylə ilgiləndi. Fəqət ona haqq etdiyi ilgi verilmədi və bu şəkildə cevab verildi: “Urmiyanı hazırladığımız qüvvətlərlə nüdafiə edin və idarəni gərəksiz xərcləmələrə məruz buraxmayın”. Başqa çıxış yolu olmadığından, İqbaləddövlə yeddi və səkkizinci alayları və topçu taqımı hazırladı».

(http://www.angelfire.com/or3/etnografya/depo1/urmiyeav.htm)

İmamqulu xan görkəmli sərkərdə idi. B. Nikitine daha sonra yazır: «İqbalüddövlə Urmiyaya, Xoyun doqquzuncu alayını buraxdı. Özü də yeddi və səkkizinci Avşar alaylarıyla mühacirlərin süvarisiylə Şah Siddiqə doğru yönəldi.

Məhəmmədbağır xan, Sucaəssəltənə yönətimindəki yeni Avşar süvarilərini Bağır xan sərtiplə Şirazdaykən Xorasan sınırını qorudu. Sərbazdaki bütün toplar və patronların böyük bölümü köhnə pistonlu modellərdi. Lülədən doldurulan yeni mərmi sistemlilər sadəcə 400-500 qədərdi. Xoyun alayındaysa, bütün patronlar yeni sistemdi.

Kasalar və Badilbü kəndləri yaxınlarında, İqbalüddövlə, Şeyx Siddiqin qüvvələriylə qarşılaşdı və savaş hər iki tərəfdən da ağır itkilərlə başladı. Şeyx Ubeydullaha gəlincə, o da bu sırada Nav Ciadaki mənzilini tərk etdi və Urmiya yaxınlarındakı Sir dağında ortaya çıxdı. Kəndlilər Şeyx Ubeydullahın burada ortaya çıxmasından çox qorxdular. İqbalüddövlə Molla Hüseynqulu Qaziəsgər aracılığıyla durumdan xəbərdar etdiler.

Bu sırada, Şeyx Urmiya camaatına bir məktub göndərərək qan axmasının durması və gərəksiz yağmanın sona çatması üçün təslim olmalarını istədi. Büün üləmalar və önəmli şəxslər bir məclisə toplandılar və Şeyxə xalqın boyun eydiyini bildirdilər.

Fəqət, bu anda çox qayğılı olduqlarından, şəhərdə sakitliyin bərpası üçün şəhərə iki və ya üç gün sonra girməsini istədilər. Şeyx bunu qəbul etdi və o an üçün şəhərə girməkdən vaz keçdi. Bu müddət içində, İqbalüddövlə ordusuyla yenidən şəhərə dönmək üçün zaman qazanır.

Şeyx onun dönüşünü öyrəndiyində, xalqın oyun oynadığını anlayır. Dərəbəyinə bir məktub yazaraq xalqın nə etdiyini və verdikləri sözü tutub tutmayacaqlarını soruşur. Xalq, Şeyxi yumuşatmaq və İqbalüddövlənin şəhərdən çıxmasını təşkil etmək və güclənmək və iki günlük bərabər bir müddət ala bilmək üçün Şeyxə bir elçi qrupu göndərməyə qərar verir. Bu sırada, İqbalüddövlə Şeyxinin elçisinə bu cavabı göndərir: “Mən hökümətimin xidmətlisiyəm və yükümlü olduğum vəzifələri aparmaq zorundayam; Şeyxə qarşı gələcəyəm, əgər zəfərlə ayrılırsa, Urmiyanı işgal etsin, yoxsa bütün varlığımla qanımın son damlasına qədər çarpışacağam”.

Xalqın seçdiyi elçilər iki günlük bərabər müddəti Şeyxdən almağı bacarır. İqbalüddövlə vaxt keçirmədən şəhrən ətrafında surlar hazırladır və bütün gücləri şəhərin ətrafına və qapılara düzür və hücumu gözləyir. Özünə qərargah olaraq Yurd-i Şeyx məscidini seçir. Bütün xalq, üləma və önəmli şəxslər, silahlanaraq onun tərəfində qruplaşır.

Axşam, İngilis konsulu (M. Abott, Amerikan misionerlerinin ev sahibi olub, evi şəhərin kənarındadır; Cf. Wilson, The Land of Lion and Sun, B. n) şəhərə gələrək faydalı olmaq istəyir. Xalq buna aldırış etmir.

İqbalüddövlənin pişkarı olan Əbdüləli xan aracılığıyla təklifini rədd edir. Konsul, Şeyxin yanına gedərək şəhərin alınmasının imkansız olduğunu və İqbalüddövlənin də hücuma qarşı durmağa hazır olduğunu bildirirlər. Şeyxin ətrafında təqribən oniki min nəfər, piyada və süvari vardı.

Minlərcə patronluq sursatlar olan silahlar da yeni sistemlidir. Kürdlər, İqbalüddövləyə aid olan Dilguşə bağçasını işğal edirlər. Digər bir tərəf “Əsgərxan qapısı” tərəfindən şəhərə hücum edərkən, onlar da divarları yıxdılar. Lütfəli xan “Acudan-i Məxsus”, Məhəmmədrza xan sərtiplə buraya göndərilir.

Ərk qapısı, Xosrov xan sərtip tərəfindən qorunur. Şahəli xan, sərtip şəhərin önünə inşa edilmiş yapıları işgal edir. Dörd bir yandan, qıran-qırana bir savaş başladı. On səkkiz gün boyunca kürdlərin şəhərə olan hücumları davam etdi. Fəqət şəhərə girməyi bacarmayaraq geri çəkilmək zorunda qaldılar.

İqbalüddövlənin idarəsində olan top atışıyla kürdlərin olduğu Dilguşə bağçasındakı divar yıxılır. Burada bir çox zabit və sərbaz ölür. İqbalüddövlə də təhlikəyə məruz qalır.

Bir səfərində Yurd-i Şeyx məscidindəki surlara dönərkən, damdan ona atəş açılır. Bu hücumu yara almadan adladır. Bu kritik anda, İqbalüddövlə ona böyük dəstək verən Katolik misiyası başçısı Cluzellə qarşılaşır. Daha sonra bu şəxs I dərəcəli “Şire Xurşid” nişanıyla ödülləndirilir»

(http://www.angelfire.com/or3/etnografya/depo1/urmiyeav.htm)

İmamqulu xan Əlinağı xan Qasımlı-Avşarın qızı ilə yaşam qurmuşdu. Xanbaba xan, Əziz xan adlı oğulları vardı.

Ənvər ÇİNGİZOĞLU

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close