Araşdırma

Ona erotik şeirlər və roman yazdı , ərindən ayrılıb prezidentlə ailə qurdu

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə aralarındakı 25 il yaş fərqi bu günə qədər hələ də müzakirələrə mövzusudur.

Üç övladı olan Bricit orta məktəbdə fransız və latın dillərindən dərs deməklə yanaşı, məktəbin nəzdində fəaliyyət göstərən teatra da rəhbərlik edirdi.


Gələcək Fransa prezidenti Emmanuel Makron da Bricitin şagirdlərindən idi.  Makron o vaxtlar ögey qızı ilə bir sinifdə təhsil alırmış.  

Bricit 15 yaşlı şagirdinə aşiq olandan sonra onunla çox vaxt keçirtməyə çalışırdı.

Müsahibələrinin birində Bricit qeyd edib ki, istedadlı tələbəmin qabiliyyətini göstərmək üçün əlimdən gələni etməyə çalışırdım.  

Fransanın gələcək prezidentinin önə çıxan istedadlarından biri də  öz müəllimindən ilhamlanaraq ona çoxlu sayda erotik şeir və roman yazmasıdır. Bu şeir və ədəbi nümunələrin təsirindən Bricitlə öpüşmək qərarına gələn Emmanuel o gündən Bricitin romantika fırtınasında boğulmağa başlayır.

Makronun valideynləri Emmanuelin Bricit ilə görüşdüyünü biləndə oğullarını oxumaq üçün Parisə yollayırlar. Bir-birlərindən ayrı qalmaqlarına baxmayaraq Emmanuel özündən 25 yaş böyük sevgilisinə zəng etməyi unutmurdu. Bu zənglərin təsiri Briciti bankir ərindən ayrılmağa və yaşamaq üçün Parisə, sevgilisinin yanına gətirir.

Üç uşaq anası ilə evlənən Makronun Bricitdən övladı olmur. 15 illik münasibətdən sonra nikahlarını rəsmləşdirən cütlük evlənmək qərarına gəlir. Fransa qanunlarına görə Makronun erkən ailə qurması qanun pozuntusu sayılmır.
 
Qeyd edək ki,  Fransada erkən nikah yaşı 15-dir. 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button