Müsahibə

Gömrük şefi deputata fırıldaqçı dedi – “Kontakt Home” sahibi ilə qalmaqal…

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rüsumsuz idxal limitinin endirilməsi ilə bağlı qərarı Milli Məclisin deputatlarının fırıldaqçılığı ilə izah edib. Reportyor.info xəbər verir ki, gömrük şefi geniş müsahibəsində biznesmen deputatlara replika atıb.

Sitat: “Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb!
Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

Qeyd edək ki, gömrük şefi deputat Elnur Allahverdiyevə söz atıb. Jurnalist Cavanşir Həsənli də yaIb ki, söhbət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevdən getmirmi?

Ötən ilin avqustunda məlum qərara görə Gömrük Komitəsini parlamentdə yıxıb sürüyənlərdən biri Elnur Allahverdiyev olub: “Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır.
Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.
Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button