Ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə diqqət və qayğısı
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya, xüsusilə müsəlman dünyasına birlik çağırışıdır. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bariz göstəricisidir. Müsəlman aləminin ayrılmaz hissəsi olan respublikamız bütün ölkələrlə, o cümlədən İslam dövlətləri ilə əlaqələrini dostluq və qardaşlıq əsasında qurur.
Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinimizə, eləcə də İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.
2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsini ölkə başçımızın və bütövlükdə xalqımızın İslam birliyinə olan xoş münasibətinin göstəricisidir. Şərqlə Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşan ölkə kimi tanınıb.
Azərbaycan hər zaman tolerantlıq mühitinin təşəkkül tapmasına, sivilizasiyalararası dialoqun qurulmasına, eləcə də İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.
Bahar Məmmədova
Analoq.az