Araşdırma

Türkmənşəli erməni soyadları – ARAŞDIRMA

Millət vəkili Əziz Ələkbərli və Elbrus Qaraqoyunlunun 2016-cı ildə birgə müəllifi olduğu “Türkmənşəli erməni soyadları” kitabında müəlliflər türkmənşəli 1001 erməni soyadlarının lüğətini tərtib edib,erməni soyadların elmi şərhini izah ediblər.

Müəlliflər həmçinin qeyd ediblər ki,bu gün dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini erməni yox, hay adlandıran, etnik cəhətdən qarışıq və qeyri-yekcins bir
toplumun əslini-kökünü üzə çıxarmaq üçün bu soy adların araşdırılması olduqca vacibdir.

Analoq.az həmin türkmənşəli erməni soyadlarını təqdim edir:

Amroyan

Bu erməni soyadı türk dilindəki Əmrə şəxs adından ə-a, ə-o əvəzlənmələri ilə düzəldilmişdir. Anadoluda türkcə şeirin banilərindən biri, sufi, İslam filosofu, təsəvvüf və xalq şairi Yunus Əmrənin adı ilə müqa￾yisə oluna bilər.Tibb elmləri namizədi, dosent Aşot Vladimiroviç Amro￾yan, müğənni Sevak Amroyan və b. bu soyadı daşıyırlar.

Amucanyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli əmi və can sözlərindən yaranmış Əmican ləqəbindən ə-a, i-u əvəzlənmələri ilə düzəldilmişdir. Qohumluq bildirən əmi sözü Azərbaycan dilində geniş yayılmışdır, can isə əzizləmə mənasında sözlərə artırılır.
Ani Amucanyan, Artur Amucanyan və b. bir çox sıravi erməni bu soyadı daşıyır.

Anaxasyan

Anaxasyan erməni soyadı Azərbaycan dilindəki türk￾mənşəli ana və xas sözlərindən yaranmış Anaxas ləqəbindən düzəldilmişdir. Mənası “anaya aid olan”, “anaya məxsus” anlamlarına gəlir. Təkcə Ukrayna Respublikasının Xarkov, Odessa,Novo￾selovka, Mixaylovka, Suvorovo Vinnitcya və s. yaşayış mən￾təqələrində xeyli sayda bu soyadı daşıyan insanlar yaşayır. Məsələn, Odessada Karina Saşikovna Anaxasyan, Novoselovkada Sonik Sarıbekovna Anaxasyan və b. bu soyadı daşıyırlar.

Armenyan

Armenyan erməni soyadı Azərbaycan dilindəki türk￾mənşəli ərmən etnonimindən ə-a, ə-e əvəzlənmələri ilə ya￾ranmış Armen şəxs adından düzəldilmişdir. Əslində, ərmənlər xristian qıpçaq türkləridir ki, onların
böyük bir hissəsi islam dinini qəbul edərək Azərbaycan xalqının etnogenezində fəal iştirak etmişlər. Xristianlıqdan imtina
etməyib, xristian qalanlar isə sonralar haylaşaraq, indiki erməni xalqının formalaşmasında iştirak etmişlər. Professorlar Gevorq Artaşesoviç Armenyan, Arutyun Ar￾menyan və b. bu soyadı daşıyıhlar.

Arslanyan//Arslan

Bu erməni soyadının kökündə dayanan arslan sözü Azərbaycan dilində qoçaq, igid, qəhrəman anlamları verən aslan sözünün ekvivalentidir. Eyni zamanda hər iki söz şir sözünün ekvivalentidir. Bəzi dilçilər iddia edirlər ki, arslan sözü vəhşi yırtıcı
heyvanın “ars” səsi verən böyürməsindən və -lan şəkilçisindən düzəldilmişdir. Onların bu iddiası, bizcə, o qədər ağlabatan
deyil. Arslan ismi Azərbaycan dilindəki aslan ümumi isminin daha qədim formasıdır və tələffüzdə “r” samitinin düşməsi nə-
ticəsində bu gün aslan şəklində ümumişlək sözə çevrilmişdir. Arslan-aslan sözünün mənaları barədə Aslanyan soya￾dından danışarkən bəhs etmişik. Bu soyadı Böyük Səlcuq Sultanı Alp Arslanın, Atəbəy
hökmdarı Qızıl Arslanın adları ilə müqayisə etmək olar.Erməni arxiyepiskopu, yazıçı və publisisti Gevorq Arslanyan, Argentinanın Ədliyyə naziri Leon Karlos Arslanyan, rəssam Anahit Arslanyan, professorlar Yervand Arslan, Anto￾niya Arslan və b. bu soyadı daşıyırlar.

Atamalyan

Bu erməni soyadı türkmənşəli “ata” (dədə) və mal (sər￾vət, dövlət) komponentlərindən ibarətdir. Mənası atanın malı, sərvəti, dövləti deməkdir.Ermənicə “ata”ya hayrik, “mal”a isə abrank deyilir. Lakin
ermənilər arasında Hayrikabrankyan soyadına rast gəlinmir. 1946-cı il Bakı doğumlu, futbol məşqçisi Rudolf Serge￾yeviç Atamalyan, fizika üzrə tədqiqatçı alim Emma Qaregi￾novna Atamalyan və b. bu soyadı daşıyırlar.

Atamanyan//Atamanov

Bu erməni soyadı türkmənşəli ataman sözündən yaran￾mış Ataman ləqəbindən düzəldilmişdir. Mənası “başçı” de￾məkdir. Azərbaycan dilində “atamanlıq etmək” ifadəsi “baş-
çılıq etmək”, “qoçuluq etmək” mənalarında geniş işlədilir. Rusiyada kazak vilayətlərində və keçmişdə kazak qoşun￾larında hərbi inzibati vəzifə adı kimi də işlənmişdir. Azərbaycan dilində müəyyən qrup, dəstə başçılarına da ataman deyilir. Sovet multiplikasiyasının banilərindən biri olan Lev Konstantinoviç Atamanov (Levon Konstantinoviç Atamanyan),Rusiyanın Rostov vilayətində fərdi sahibkar Suren Robertoviç Atamanyan və b. bu soyadı daşıyırlar.

Atamyan

Bu erməni soyadı türkmənşəli “ata” (dədə) sözündən və1-ci şəxsin təkinə aid mənsubiyyət şəkilçisindən (“-m”) ya￾ranmış atam sözündən düzəldilmişdir. Mənası “mənim atam” deməkdir. Ermənicə “mənim ata”ma “im hayrik” deyilsə də, ermənilər arasında İmhayrikyan soyadına rast gəlinmir.

Ayvazyan//Ayvazovski//Ayvazov

Bu soyad türkmənşəli Ayvaz şəxs adından düzəldilmişdir. Ayvaz adını türk dillərində geniş işlənən Avaz//Əvəz, Ay￾vaz//Eyvaz şəxs adları ilə müqayisə etmək olar. Türk xalqları söz yaradıcılığından istifadə edərək Avaz şəxs adının birinci hecasının sonuna sonor “y“ samiti əlavə etmişlər.
Türk xalqları arasında Ayvaz şəxs adının Eyvaz ekviva￾lenti də məlumdur. Sonuncu şəxs adına ölməz dramaturqumuz C.Cabbarlının “1905-ci ildə” pyesinin personajlarından olan Eyvaz Əsiryanın adında da rast gəlirik.
Ayvazovski soyadı isə Ayvaz şəxs adına slavyan mənşəli -ski soyad şəkilçisi əlavə etməklə düzəldilmişdir. Dünya şöh￾rətli rəssam İvan Konctantinoviç Ayvazovski Krımda dünyaya gəlmişdir və bizcə, qeyd-şərtsiz, milliyətcə türkdür.Keçmişdə rabitə vasitələri olmadığına görə türklər xüsusi çaparlardan istifadə edir və onu “ayvaz” adlandırırdılar. Er￾mənicə “çapar”, “ayvaz” sözləri vars kimi tərcümə edilir ki, bu sözün kökünü də feilin əmr formasında işlənən türkmənşəli var sözü təşkil edir. Bu da varmaq, getmək anlamında elə çapar sözünə uyğun gəlir.Professorlar İvan Gevorgiyeviç Ayvazov, Yuri Nikolaye￾viç Ayvazov, Artyom Aleksandroviç Ayvazyan, Vardan Gevor￾giyeviç Ayvazyan, İvan Konstantinoviç Ayvazovski və b. bu
soyadı daşıyırlar.

Belubekyan

Bu erməni soyadı Azərbaycan dilindəki beli və titul, rütbə və mənsəb bildirən türkmənşəli bek (bəy, bay, bey, biy)
sözündən yaranıb, “bəyin beli”, “bəyin arxası” mənasını verən Belibəy şəxs adından i-u əvəzlənməsi ilə düzəldilmişdir. Heykəltaraş, arxitektor, Ermənistan SSR Əməkdar inşaatçısı Vağarşak Arşakoviç Belubekyan, riyaziyyatçı profes￾sor Mels Vağarşakoviç Belubekyan və b. bu soyadı daşıyırlar.

Berberyan//Berberov

Bu erməni soyadı Azərbaycan dilində peşə, sənət bildirən bərbər sözündən ə-e əvəzlənməsi yolu ilə düzəldilmişdir.
Azərbaycan dilində bərbər baş və üz qırxmaq peşəsi ilə məşğul olan adamların peşə adıdır. Dəllək sözünün ekvivalentidir.
Professor Ananiya Ananyeviç Berberyan, arxiyepiskop Arsen Berberyan, professor Nina Nikolayevna Berberova və b.
bu soyadı daşıyırlar.

Beşiktaşlyan

Bu erməni soyadı türk dilindəki Beşiktaş toponiminin adından və yer, məkan bildirən -lı şəkilçisindən sözün sonun￾dakı “ı” saitinin düşməsi yolu ilə düzəldilmişdir. “Beşiktaşdan olan” mənasındadır.
Beşiktaş İstanbulun bir ilçəsidir və adını İstanbulun ən qədim səmtlərindən biri olan Beşiktaş səmtindən alır.1860-cı ildə ermənilərin Osmanlı İmperiyasında yarat￾diqları ilk təşkilat olan “Xeyriyyə ittifaqı”nın əsasını qoyan￾lardan biri – Mkrtıç Rafaeloviç Beşiktaşyan və b. bu soyadı daşıyırlar.

Budumyan

Budumyan erməni soyadı Azərbaycan dilindəki türk￾mənşəli bud sözündən və 1-ci şəxsin təkinə aid -um mənsu￾biyyət şəkilçisindən yaranmış budum sözündən düzəldilmişdir.
“Mənim budum” anlamındadır.“Transport Rossii” qəzetinin redaktoru Valeri Georgiye￾viç Budumyan, həkim-stomatoloq Eduard Mixayloviç Budum￾yan və b. bu soyadı daşıyırlar.

Brutyan//Brutens

Bu erməni soyadları “burut” türk tayfa adından düzəl￾dilmişdir.Altaylarda qədim türkmənşəli “burut” tayfa və ya qəbilə
birləşməsinin adı çəkilir. Bu tayfadan kimlərinsə eramızın IV yüzilində ermənilərin tərəfinə keçməsi şəksizdir. Deməli, ermə-
nilərin soykökündə qədim türk burut tayfası da iştirak etmişdir.İkinci erməni soyadı da “burut” etnonimindən birinci hecadakı “u” saitini atmaqla düzəldilmişdir.Professor Levon Aramoviç Brutyan, akademik Gevorq Abeloviç Brutyan, 1924-cü il Bakı doğumlu sovet sisyasi və icti￾mai xadimi Karen Nersesoviç Brutens və b. bu soyadı daşıyırlar.

Buyuklyan

Bu erməni soyadları Azərbaycan dilindəki böyük sözün￾dən və sözdüzıldici -lü şəkilçisindən yaranmış böyüklü sözün￾dən ö-u, ü-u əvəzlənməsi və sözün sonundakı “ü” saitinin düşməsi ilə düzəldilmişdir.
Böyüklü sözü Azərbaycan dilində “böyüyü olan yer”, “böyüyü olan adam” mənalarında işlədilir.Rusiyanın Krasnodar diyarında fərdi sahibkar Marina Ave￾tisovna Buyuklyan, Rusiyanın Kaluqa vilayətinin Obninsk şə-
hərindən Albert Nişanoviç Buyuklyan və b. bu soyadı daşıyırlar.

Cafaryan

Bu erməni soyadı Azərbaycan dilindəki Cəfər şəxs adın￾dan ə-a əvəzlənməsi ilə düzəldilmişdir.Rusiyanın Voloqda şəhərində fərdi sahibkar Karam Fa￾royeviç Cafaryan, Rusiyanın Rostov şəhərində fərdi sahibkar
Zahar Revazoviç Cafaryan və b. bu soyadı daşıyırlar.

Camqoçyan

Bu erməni soyadı Azərbaycan dilindəki bir şeyin ümumi sayını, miqdarını və toplusunu bildirən cəm və türk mənşəli qoç sözlərindən düzəlmiş mələz soyaddır.Cəm sözü dilimizdə həm yığışmaq, toplaşmaq mənasın￾da, həm də bir və ya bir neçə ədədin üst-üstə gətirilməsindən hasil olan ədəd, toplama mənasında işlədilir. ASALA erməni terrorçu təşkilatının üzvlərindən biri – “Uxt Ararat” şurasının üzvü Martiros Camqoçyan və b. bu
soyadı daşıyırlar.

Cananyan

Bu erməni soyadı Azərbaycan dilindəki farsmənşəli ca￾nan sözündən yaranmışdır. Canan sözünün dilimizdəki, sev￾gili, yar, məhbubə, dilbər mənaları var.Klassik ədəbiyyatda geniş işlənən bədii təşbehlərdəndir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur “Sevgili ca￾nan” kantatasını xatırlatmaq olar.
İstanbul doğumlu erməni aktyor və rejissoru Nikita Mi￾ronoviç Cananyan və b. bu soyadı daşıyırlar.

Culfayan

Bu erməni soyadı qədim Azərbaycan şəhəri Culfanın adından düzəldilmişdir.
İranla Azərbaycanın Naxçıvan Respublikası arasındakı Culfa sərhəd keçid məntəqəsinin həm Naxçıvan, həm də İran (Cənubi Azərbaycan) ərazilərindəki yaşayış məntəqələrinin adı Culfadır.ASALA erməni terrorçu təşkilatının üzvlərindən biri –
“Uxt Ararat” şurasının üzvü Hakop Culfayan, İrəvan şəhərin￾dən Ararat Culfayan və b. bu soyadı daşıyırlar.

Cumayan

Bu erməni soyadı Azərbaycan dilindəki Cuma//Cümə şəxs adından düzəldilmişdir.
Həftənin 5-ci günü cümə günü olduğu üçün həmin ad cəm￾ləşmə, cəm olma, məsciddə toplaşma günü kimi izah olunur.Rusiyanın Stavropol şəhərində fərdi sahibkar Karen
Yervandoviç Cumayan, Azərbaycanın Xanlar rayonundan Böyük Vətən müharibəsinə getmiş Balabek Aqanesoviç Cumayan və b. bu soyadı daşıyırlar.

Cumşudyan

Bu erməni soyadı Azərbaycan dilindəki Cümşüd şəxs adından düzəldilmişdir. Adın fars mənşəli Cəmşid sözündən əmələ gəlməsi ehtimal olunur. Çünki cəm ilə cüm arasında dərin bir bağlılıq vardır. Belə ki, ərəb mənşəli cümlə sözünün (ha￾mı, hamılıqla) məzmununda da cəmlik, çoxluq özünü göstər-
məkdədir. Bu da belə söyləməyə əsas verir ki, Cəmşid və Cümşüd eyni adın birincidə fars, ikincidə isə ərəb transkripsiya￾sından başqa bir şey deyil.Qədim İran şahlarından birinin adından götürülməsi eh￾timal olunur.
Rusiyanın Sankt-Peterburq şəhərindən Artur Cumşud￾yan, Moskva şəhərindən Andranik Şurayeviç Cumşudyan və b. bu soyadı daşıyırlar.

Çubaryan//Çubar

Bu erməni soyadı Azərbaycan dilindəki peşə, sənət bil￾dirən türkmənşəli cuvar sözündən c-ç əvəzlənməsi ilə düzəl￾dilmişdir. Dilimizdə cuvar suvarma suyunu bölüşdürən adama deyilir. Elə sözün kökündəki cu komponenti də qədim türk dillərində su deməkdir. Çubaryan erməni soyadını Çuvarov soyadı ilə müqayisə etmək olar. Başqa bir ehtimala görə, soyad suvar//subar türk
etnosunun adından s-ç və b-v əvəzlənməsi ilə düzəldilmişdir. Bu soyadın ruslarda kəkil mənasında işlənən çub sözü ilə
heç bir əlaqəsi yoxdur.Akademik Eduard Vardanoviç Çubaryan, professorlar
Ohan Stepanoviç Çubaryan, Qukas Qriqoryeviç Çubaryan, yazıçı, publisist Yegiya Qasparoviç Çubar və b. bu soyadı daşıyırlar.

Çuxacyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli cuxa sözündən və peşə, sənət bildirən -çı sözdüzəldici şəkilçisindən
eliziya (sözün sonundakı “ı” səsinin düşməsi) ilə düzəldilmişdir. Dilimizdə cuxa beli büzməli, uzun, kişi milli üst geyiminə
verilən addır.Kimya elmləri doktoru, akademik Qarnik Aleksanoviç
Çuxacyan, İstanbul doğumlu erməni bəstəkar, dirijor və pianoçusu Tiqran Gevorkoviç Çuxacyan və b. bu soyadı daşıyırlar.

Çuxuryan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli cuxur sözündən x-q əvəzlənməsi ilə düzəldilmişdir. Dilimizdə cuxur
sözünün “yer səthindən aşağı çökmüş, oyulmuş yer, oyuq, çala”, bədənin bəzi yerlərində əmələ gələn çökək və s. mənaları var.
Çar ordusunun general-mayoru Georgi Nikolayeviç Çu￾xuryan, eksperimental ballistika üzrə mütəxəssis Liparit Sum￾batoviç Çuxuryan və b. bu soyadı daşıyırlar. 1831-ci ildə Os￾manlı sultanı tərəfindən tanınan ilk katolik erməni patriarxının adı da Hakop Çuxuryan olmuşdur.

Dolmayan

Dolmayan erməni soyadı Azərbaycan dilindəki türk￾mənşəli dolma sözündən düzəldilmişdir.
Tənək yarpağına və ya kələmə döyülmüş ətin və düyünün bükülərək bişirildiyi milli Azərbaycan xörək növüdür. Adından
belə utanmadan (dolma sözü Azərbaycan dilindəki dolama fei￾lindəndir, burada yarpaq və ya kələm döyülmüş ətə dolanır) er￾mənilərin tez-tez öz adlarına çıxmağa cəhd etdikləri bir xörək.Amerikada “System of a Down” rok-qrupunun musiqiçisi – Livan doğumlu bəstəkar və barabançalan Con Dolmayan və b. bu soyadı daşıyırlar

Dostyan

Bu erməni soyadı Azərbaycan dilindəki dost ümumi is￾mindən yaranmış Dost ləqəbindən düzəldilmişdir.Azərbaycan dilində yaxın yoldaşa, sirdaşa, arxadaşa dost
deyilir. Sovet yazıçısı Riçi Mixaylovna Dostyan, sovet və rus ta￾rixçisi İrina Stepanovna Dostyan və b. bu soyadı daşıyırlar.

Dovlatyan

Bu erməni soyadı dilimizə ərəb dilindən keçmiş dövlət sözündən yaranmış Dövlət şəxs adından düzəldilmişdir.
Dövlət hər hansı bir ölkənin hakim sinfinin mövcud idarə üsulunu qorumaq üçün və başqa siniflərin müqavimətini ara￾dan qaldırmaq məqsədilə yaradılmış siyasi təşkilata deyilir. Şərh etdiyimiz söz öncə əsl mənasında, sonra isə Dövlət şəxs
adı kimi işlənmişdir. Müxtəlif türk dillərində dövlət, dövlat, dövlet formala￾rında, lakin eyni mənada işlənir.
Dilimizdə dövlət sözünün var, sərvət anlamı da var. “Dövlət”ə ermənicə betaqan, bedutyun deyilir, lakin er￾mənilər arasında Betaqanyan, Bedutyun soyadları yoxdur.
Akademik Vram Vaginakoviç Dovlatyan, aktyor və re￾jissor Mixail Frunzeviç Dovlatyan və b. bu soyadı daşıyırlar.

Duryan

Duryan erməni soyadı türk mənşəli dur//tur feilinin əmr formasından düzəldilmişdir.
Dilimizdə işlənən “dur” feilinin əmr formasının “otur”antonimi məlumdur. “Dur” feilinin müxtəlif türk dillərində
işlənən “tur” əmr formasından düzəldilmişdir.Anadolu türklərində Duran, ermənilərdə Duran, Azər￾baycan türklərində Dursun, türkmənlərdə Tursun şəxs adla￾rında və türk mənşəli Durov rus soyadında dur//tur feilinin əmr formasına rast gəlirik.
Dur-Tur ermənicə verqats deməkdir, lakin ermənilərdə Verqatsyan soyadına rast gəlinmir.Bəstəkar, dirijor Ohan Xaçaturoviç Duryan, erməni əsilli Ukrayna aktyoru Saak Martikoviç Duryan və b. bu soyadı
daşıyırlar.

Duşukyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli düşük feili-sifətindən yaranmış Düşük ləqəbindən ü-u əvəzlən￾mələri ilə düzəldilmişdir. Azərbaycan dilində düşük sözünün bir sıra mənaları var, məsələn: 1) vaxtından əvvəl doğulmuş, yarımçıq; 2) aşağıya düşmüş, sallanmış; 3) alçaq, dəyərsiz, qüsurlu, nöqsanlı.
Azərbaycan dilində düşük sözü ən pis söyüş kimi də işlədilir və düşüklük böyük alçaqlıq hesab edilir. Lakin belə bir
sözün ermənilərdə soy-nəsil adı kimi qəbul edilməsi, görünür, onlar üçün normal hal hesab edilir. Rusiyanın Krasnodar vilayətindən fərdi sahibkar İrina
Yevgeyevna Duşukyan, Rusiyanın Krasnodar şəhərində “Sen￾yor pomidor” MMC-nin direktoru Armen Nikolayeviç Duşuk￾yan və b. bu soyadı daşıyırlar.

Ecubyan//Ecubov

Bu erməni soyadı Azərbaycan dilindəki ərəb mənşəli, dözüm, səbr anlamında olan əyyub sözündən yaranmış Əy￾yub//Eyyub şəxs adından y-c əvəzlənməsi ilə düzəldilmişdir. Böyük Vətən müharibəsində həlak olmuş leytenant Re￾ladi Xristoforoviç Ecubyan, hüquq elmləri doktoru Lev Geor￾giyeviç Ecubov və b. bu soyadı daşıyırlar.

Edilyan

Bu erməni soyadı Azərbaycan dilindəki ərəb mənşəli, əd￾alət, haqq, insaf anlamlarında olan ədl sözündən yaranmış Ədil şəxs adından ə-e əvəzlənməsi ilə düzəldilmişdir. “Zülm ilə abad olan ədi ilə bərbad olar” deyimini xatırlatmaq yerinə düşər. Müəyyən zaman ərzində ədl sözü isim kimi işlənmiş, sonra “i” səsartımı ilə Ədil şəxs adına çevrilmişdir. Görkəmli səhnə ustası Ədil İsgəndərovun adı ilə müqayisə oluna bilər.
1986-1990-cı illərdə Ermənistan SSR Dövlət Plan Ko￾mitəsinin sədr müavini Marat Baqratoviç Edilyan, XX yüzilin
əvvəllərində Bern Universitetinin fəlsəfə doktoru Qurgen Edilyan və b. bu soyadı daşıyırlar.

Ekmekcyan

Bu erməni soyadı müxtəlif türk dillərində çörək, çurek, çürek, ekmek//əkmək, əppək variantlarında işlənən qida məh￾sulunun adından düzəldilmişdir. Ermənilərin Azərbaycan türkcəsindəki çörək sözündən götürüb, düzəltdikləri Çorakçyan//Çorekçyan soyadından yuxarıda bəhs etmişik. Lakin
ermənilərdə bu soyadın ekvivalenti olan Əkməkçyan soyadı da var ki, heç şübhəsiz, soyadın bu variantı Türkiyə türkcəsindən
alınmışdır.Beləliklə, Ekmekçyan soyadı Türkiyə türkcəsindəki ek￾mek sözündən və ona qoşularaq peşə bildirən -çi sözdüzəldici
şəkilçisindən yaranmış ekmekçi (yəni çörəkbişirən) sözündən c-c əvəzlənməsi və eliziya hadisəsi (sözün sonundakı “i” sai￾tinin düşməsi) yolu ilə düzəldilmişdir.
İrəvandan filosof, ilahiyyatçı, vaiz Adelaida Ekmekçyan,Ukraynanın Odessa şəhərindən Artur Ekmekçyan və b. bu so￾yadı daşıyırlar.

Findikyan

Bu erməni soyadı Azərbaycan dilindəki fındıq ümumi ismindən yaranmış Fındıq ləqəbindən q-k əvəzlənmələri ilə düzəldilmişdir. Bərk qabıq içində ləpə olan, qoza oxşayan, lakin ondan balaca meyvə növü. Fındıq sözü məcazi mənada balaca,xırdaca anlamında da işlədilir.ilahiyyat doktoru, professor Daniel Findikyan, ABŞ-ın Nyu-York şəhərindən Stepan Findikyan və b. bu soyadı daşı-
yırlar.

Frincibaşyan

Bu erməni soyadı türk dilindəki soba anlamında olan fırın sözündən və sənət, peşə bildirən -çı şəkilçisindən yaranmış fı-
rınçı sözünə baş sözünün əlavə edilməsi ilə əmələ gəlmiş fırınçıbaşı sözündən ç-c, ı-i əvəzlənmələri və sözün ilk hecasındakı
və sonundakı “ı” saitlərinin düşməsi yolu ilə düzəldilmişdir. Rusiyanın Moskva şəhərindən Aida Frincibaşyan, Rusi￾yanın İrkutsk şəhərindən İvan Frincibaşyan və b. bu soyadı daşıyırlar.

Frincyan

Bu erməni soyadı türk dilindəki soba anlamında olan fırın sözündən və sənət, peşə bildirən -çı şəkilçisindən yaranmış fı-
rınçı sözündən ç-c, ı-i əvəzlənmələri və sözün ilk hecasındakı və sonundakı “ı” saitlərinin düşməsi yolu ilə düzəldilmişdir.
İrəvan şəhərindən Vardkes Frincyan, Ohannes Frincyan və b. bu soyadı daşıyırlar.

Geokçakyan

Geokçakyan erməni soyadı Azərbaycan dilindəki türk￾mənşəli “göyçək” sifətindən yaranmış Göyçək şəxs adından erməni dilinin xüsusiyyətlərinə uyğun olaraq ö-eo, ə-a əvəz￾lənmələri ilə düzəldilmişdir.Azərbaycan dilində göyçək sözü gözəl, qəşəng anlamla￾rına gəlir.Rəssam Karapet Qriqoryeviç Geokçakyan, Moskva şə-
hərindən Hasmik Ohanesovna Geokçakyan və b. bu soyadı daşıyırlar.

Gijlaryan

Gijlaryan erməni soyadı Azərbaycan dilindəki türkmənşəli giç sifətindən yaranmış Gic ləqəbindən erməni dilinin xüsusiy￾yətlərinə uyğun olaraq c-j, ə-a əvəzlənmələri ilə düzəldilmişdir.Azərbaycan dilində gic sözü axmaq, səfeh, ağıldan kəm, sarsaq anlamlarında işlənir.Professor Mixail Sahakoviç Gijlaryan, Rusiyanın Mos￾kva şəhərindən David Gijlaryan və b. bu soyadı daşıyırlar.

Gulxandanyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli gül və gülən, şən anlamlarında olan farsmənşəli xəndan sözlərin￾dən yaranmış gülxəndan sözündən ü-u, ə-a əvəzlənmələri ilə düzəldilmişdir.
Azərbaycan klassik ədəbiyyatında izafət tərkibi kimi “güli-xəndan” yəni “açılmış gül” ifadəsindən tez-tez istifadə olunur.
Ümumiyyətlə, gül sözünün mürəkkəb şəxs adlarının düzəldilməsində mühüm rol oynaması barədə Gulbekyan, Gu￾lazyan soyadlarından danışarkən bəhs etmişik

Gulzadyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli gül ismindən və oğul, övlad anlamında olan farsmənşəli zadə sö-
zündən yaranmış Gülzadə şəxs adından ü-u əvəzlənməsi və “ə” saitinin düşməsi ilə düzəldilmişdir.Gül sözünün mürəkkəb şəxs adlarının düzəldilməsində
mühüm rol oynaması barədə Gulbekyan, Gulazyan soyadla￾rından danışarkən bəhs etmişik. Ermənistan parlamentinin deputatı Vram Xorenoviç Gulzadyan, texnika elmləri namizədi, dosent Hakop Harutyu￾noviç Gulzadyan və b. bu soyadı daşıyırlar.

Gumuşyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli “gümüş” əlvan metal adından yaranmış Gümüş şəxs adından ü-u
əvəzlənməsi iə düzəldilmişdir. Öncə metal, sonra isə ayama (ləqəb) kimi işlənmiş, zaman keçdikcə şəxs adma çevrilmişdir.
Türk dillərində gümüş, gumuş, gümuş, qümuş, ku- mus, komus formalarında eyni mənanı daşıyır. Gümüş qaşıq, gümüş pul, gümüş toy, gümüş sikkə, gümüş məşqçi, gümüş qab-qa￾caq, gümüş kəmər, gümüşlə bəzədilmiş qılınc, xəncər, gümüş piyalə, gümüş cam, gümüş taxt, gümüş üzük və s. söz birləş-
mələrində tez-tez işlənir.“Gümüş”ə ermənicə artsat deyirlər, lakin ermənilər arasında Artsatyan soyadı yoxdur.Armen Gümüşyan, Artur Gumuşyan və bir çox başqa
sıravi ermənilər bu soyadı daşıyırlar.

Hasanyan

Bu erməni soyadı Azərbaycan dilindəki Həsən-Hasan şəxs adından düzəldilmişdir. Həsən şəxs adı ərəb mənşəlidir, lakin bəzi türk dillərində Hasan, Asan, Xasan formalarında da işlənir. Mənası gözəl, qəşəng deməkdir.
Lakin bu soyadın qədim sak türklərinə məxsus Əsən şəxs adından düzəlməsi fikri də ağlabatandır.Məşhur Qazan türk adının Qasan-Hasan şəklində işlədilməsi faktı da ortadadır və tədqiqata möhtacdır.Rusiyanın Ufa şəhərindən Əlixan Hasanyan, Krasnodar
diyarının Armavir şəhərindən Movses
Aramaisoviç Hasanyan və b. bu soyadı daşıyırlar.

Hasratyan

Bu erməni soyadı Azərbaycan dilindəki həsrət sözündən yaranmış Həsrətşəxs adından ə-a əvəzlənməsi ilə düzəldilmişdir.
Həsrət sözü dilimizdə aşağıdakı mənalarda işlənir:

1. bir şeyi və ya birini bir daha görmək arzusu;

2. ayrılıq, fəraq, hicran və s.
Azərbaycan türkləri arasında Həsrət, Həsrətov ad və soyadları mövcuddur.

Qərbi Azərbaycan ərazisinin tarixi abidələrini tədqiq edən erməni alimlərindən biri olan Qriqor Ohanesoviç Has￾ratyan, akademik Ezras Hasratoviç Hasratyan, professor Vartan Sergeyeviç Hasratyan və b. bu soyadı daşıyırlar.

Hoppalyan

Bu erməni soyadı Azərbaycan dilindəki hoppan feilindən n-l əvəzlənməsi ilə düzəldilmişdir. Dilimizdə hoppanmaq sözü
tullanmaq, atlanmaq, sıçramaq, atılmaq mənalarında işlənir.

Xaçaturyan//Xaçatryan//Xaçaturyants//Xaça￾turov

Xaçaturyan erməni soyadının etimoloji izahı ilə bağlı iki variant irəli sürmək mümkündür. Birincisi, bu soyad Azər￾baycan dilindəki türkmənşəli xaç və tur sözlərinin birləşməsin￾dən əmələ gəlmiş Xaçatur şəxs adından yaranmışdır. Xaçatur şəxs adının mənası isə “turun xaçı”, “türkün xaçı” deməkdir. İkinci varianta görə, bu soyad türkmənşəli xaç sözü ilə dur söz￾lərinin birləşməsindən əmələ gəlmiş Xaçadur şəxs adından d-t əvəzlənməsi ilə yaranmışdır və mənası “ xaça durmaq”, yəni xristianların ibadətinə uyğun olaraq “xaç vurmaq” deməkdir.Xaç sözünün türk mənşəyi barədə ayrıca tədqiqatda söz açacağıq.Ümumiyyətlə, dilimizdəki xaç komponentli bütün sözlər
(xaçvarı, xaçlı, xaçnişan, xaçdaş, xaçpərəst, xaç- pərəstlik, xaççiçəklilər fəsiləsi, Xaçmaz toponimi, Xaç- bulaq yaylağı və s.) türk mənşəlidir. Bu da təsadüfi deyil. Çünki Qafqazda xaçpərəstliyi yayanlar türklər olmuş və xaçın türk mənşəyi
barədə elmi ədəbiyyatda artıq kifayət qədər yazılmışdır.Tanınmış erməni bəstəkarı, SSRİ və Azərbaycan SSR Xalq artisti, dörd dəfə (1941, 1943, 1946, 1950) Stalin müka￾fatı laureatı Aram İliç Xaçaturyan, professorlar Karen Arme￾noviç Xaçaturov, Levon Surenoviç Xaçaturyants, Avak Xaçaturoviç Xaçatryan və b. bu soyadı daşıyırlar.

Xlqatyan

Bu erməni soyadı Azərbaycan dilindəki xilqət ismindən eliziya hadisəsi (“i” saitinin düşməsi) və ə-a əvəzlənməsi ilə düzəldilmişdir.Azərbaycan dilində ərəbmənşəli xilqət sözünün aşağıdakı
mənaları var: 1) yaradılış, yaradılma; 2) təbiət, xasiyyət.Professor Fridrix Ohanesoviç Xlqatyan, Ermənistanın
Armavir şəhərinin meri Ruben Xlqatyan və b. bu soyadı daşıyırlar.

Xocabekyan

Bu erməni soyadı türkmənşəli xoca sözündən və titul, rüt￾bə, mənsəb bildirən bəy//bek sözlərindən yaranmış Xocabəy şəxs
adından düzəldilmişdir. Türk dilində xoca sözü daha çox müəl￾lim, ustad anlamlarına gəlir. Bəzən hörmət əlaməti olaraq insan￾lar yaşca özlərindən böyüklərə xocam deyə müraciət edirlər.

Xumaryan

Bu erməni soyadı Azərbaycan dilindəki xumar sözündən yaranmış Xumar şəxs adından düzəldilmişdir.Xumar sözünün Azərbaycan dilində həm süzgün baxış
mənası var, həm də keflilik, məstlik anlamı var.Sovet dövlət və partiya xadimi Aşot Xumaryan, Rusiya￾nın Omsk şəhərində fərdi sahibkar Valeri Georgiyeviç Xumar￾yan və b. bu soyadı daşıyırlar.

Xurdayan

Bu erməni soyadı Azərbaycan dilindəki kiçik mənasında olan xırda sözündən yaranmış Xırda şəxs adından ı-u əvəz￾lənməsi ilə düzəldilmişdir.Rusiyanın Əməkdar incəsənət xadimi, professor Qriqor Dzeronoviç Xurdayan, Rusiyanın Rostov vilayətinin Çaltır şəhərindən Arşaluys Setrakoviç Xurdayan və b. bu soyadı daşıyırlar.

Xurşudyan

Bu erməni soyadı Azərbaycan dilindəki günəş mənasında xurşid sözündən yaranmış Xurşud şəxs adından düzəldilmişdir. Farsmənşəli bu söz öncə klassik şeirdə gözəllik epitetlərindən biri kimi işlədilmiş, sonra isə türklər tərəfindən şəxs adı kimi
götürülmüşdür. Xurşud şəxs adı, bizcə,
ermənilərə Azərbaycan türklərindən keçmişdir. Çünki bu soyadın erməni dilində
Xurşidyan variantı yox, Azərbaycan tələffüzündəki Xurşudyan variantı geniş yayılmışdır.Xurşidim, xavərim, hilalim, sənsən,Şəkərim, şərbətim, zülalım sənsən. (M.V.Vidadi) “Xurşid” – günəş deməkdir. Ermənicə isə günəşə arev deyirlər.Akademik Lendruş Arşakoviç Xurşudyan, professor Eduard Şahenoviç Xurşudyan və b. bu soyadı daşıyırlar.

İnciqulyan//İncikulyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli “inci” və “gül” sözlərindən yaranmış İncigülü sözündən er￾məni dilinin qanunlarına uyğun olaraq g-q//k əvəzlənməsi və sözün sonundakı “ü” saitinin düşməsi yolu ilə düzəldilmişdir.Biz bu soyadın ikinci komponentinin “gül” sözündən yox, “qul” sözündən ibarət olmasını onunla əsaslandırırıq ki, ermənilərdə İncikulyan soyadı ilə yanaşı, İnciqulyan soyadı da var və bu ikinci soyadında artıq “gul” sözündən istifadə olunmuşdur. 2013-cü il avqustun 8-də könüllü şəkildə Azərbaycan tərəfinə keçən erməni hərbçisi Hakop İnciqulyan, Rusiyanın
Moskva şəhərindən Arsen İnciqulyan, Ukraynadan Vardan İncikulyan, Dnepropetrovsk şəhərindən Movses Azatoviç İnci￾kulyan və b. bu soyadı daşıyırlar.

İpakyan//İpekyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli ipək ismindən yaranmış İpək şəxs adından ə-a əvəzlənməsi yolu ilə
düzəldilmişdir. İpək sözünün mənası barədə İpekçyan soyadından danı-
şarkən bəhs etmişik.Professor Aleksandr Pavloviç İpakyan, erməni yazıçısı
və teatr xadimi Kaspar İpekyan və b. bu soyadı daşıyırlar.

Kerestecyan

Bu erməni soyadı türk dilindəki material odun anlamında kereste sözündən və peşə, sənət bildirən -çi sözdüzəldici şə-
kilçisindən yaranmış keresteçi sözündən ç-c əvəzlənməsi və sözün sonundakı “i” saitinin düşməsi yolu ilə düzəldilmişdir.Dilçi, yazıçı, jurnalist, tərcüməçi, türk dilinin etimologi￾yasına dair lüğətin müəllifi Bedros Kerestecyan, 1865-1888-ci illərdə dünya ermənilərinin katolikosu IV Gevork – Qriqor Kerestecyan və b. bu soyadı daşıyırlar.

Keşişyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli keşiş sözündən əmələ gəlmişdir. Xristianlarda dini rütbədir. Türklər erməni qriqorian kilsəsinin ruhani rəhbərinə keşiş, er￾mənilər isə “der-der” və ya “papaz” deyirlər.“Qara keşiş” ifadəsi ilə folklorumuzda tez-tez qarşı-
laşırıq.Tibb elmləri doktoru, professor Yelena Solomonovna Keşişyan, rejissor Alek Keşişyan və b. bu soyadı daşıyırlar.

Koçaryan//Koçaryants//Koçar//Koçarov

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli “köç” feilinin əmr formasından -əri sözdüzəldici şəkilçisi va￾sitəsilə düzəlmiş köçəri düzəltmə sözündən əmələ gəlmiş Köçəri şəxs adından ö-o, ə-a əvəzlənmələri və eliziya hadisəsi
(“i” saitinin düşməsi) ilə yaranmışdır. Lakin onu da qeyd edək ki, feilin əmr formasında olan “köç” sözünün isim kimi işlənən “köç” omonimi də vardır. Türk xalqlarının dilində aşağıdakı
formalarda, lakin eyni mənada işlədilir:

1. Azərbaycan türkcəsi, türkmən və türk dillərində “köç”;

2. türkmən dialektlərində “koç”;

3. protobulqarlarda, qaraim, qırğız və uyğur dialektlərində “köç”;

4. qaraimlərdə “keç”;

5. tatar və uyğurlarda “küç”, sarı uyğurlarda “küş”;

6. başqurdlarda “küs”;

7. çuvaşlarda “kus”.

Köç sözünün bütün bu formaları aşağıdakı mənaları bildirir:

1. bir yerdən başqa yerə köçmə;

2. köçəri ailə, tayfa və ya qəbilə;

3. şahmatda gediş;

4. həyatdan köçmə, yəni vəfat etmək;

5. sürgün, sürülmə, köçürülmə, əsir;

6. hərəmxana, gəcavə;

7. ər evinə gəlin getmə, köçmə, ərə getmə.

Məhsuldar əsas kimi, “köç”dən feilin məsdər forması və zamanları düzəldilir.
“-kün” sözdüzəldici şəkilçisi ilə köçkün sözü əmələ gəl￾mişdir.Ermənistanın əslən Dağlıq Qarabağdan olan son prezi￾dentlərindən biri Robert Köçəryan məhz həmin soyadı daşıyır.

Qrqyaşaryan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli qırx sayından və yaşar sözündən yaranmış qırxyaşar mürəkkəb si￾fətdən x-q əvəzlənməsi və “ı” saitinin düşməsi yolu ilə düzəldilmişdir. Qırxyaşar sözü “qırx yaşında olan” anlamındadır.Professor Serj Perç Qrqyaşaryan və b. bu soyadı daşıyırlar.

Qumaşyan

Qumaşyan erməni soyadı Azərbaycan dilindəki “qu￾maş” sözündən düzəldilmişdir.
Azərbaycanda qumaş geniş yayılan parça növüdür. İpək,yun, kətan və s.-dən toxunmuş parçadır və ümumiyyətlə, parçadır. Ağırlıqqaldırma üzrə SSRİ və Gürcüstan SSR Əməkdar məşqçisi Pavel Aleksandroviç Qumaşyan, Azərbaycan Dövlət
Neft Akademiyasında 2009-cu ilin aprelində törədilən terror aktının sifarişçisi, Gürcüstan vətəndaşı, erməni terrorçusu
Martin Qriqoryeviç Qumaşyan, Perm şəhərində “Yoltikintisənaye” şirkətinin rəhbəri Armen Vaçaqani Qumaşyan və b. bu soyadı daşıyırlar.

Qurquryan

Qurquryan erməni soyadı Azərbaycan türkcəsindəki güclü, qüvvətli, şiddətli anlamlarında olan “gur” sözündən
yaranmış gur-gur zərfindən erməni dilinin qrammatikasına uyğun olaraq g-q əvəzlənməsi ilə düzəldilmişdir.Gur-gur sözü Azərbaycan dilində gurultulu, gurultu ilə
anlamında işlədilir. Bol və güclü axınla gələn suyun çıxardığı səs, tonqalın güclü yanması haqqında da bu ifadə işlədilir: çay
gur-gur axır; tonqal gur-gur yanır.
1-ci Qarabağ müharibəsi zamanı öldürülən Артур Гур-гурян və b. bu soyadı daşıyırlar.

Lambronski

Bu erməni soyadı Azərbaycan dilindəki Ləmbəran topo￾nimindən düzəldilmişdir və mənası “Ləmbəranlı”dır.Ləmbəran – Azərbaycanın Kəlbəcər rayonu ərazisində
kənd adıdır.12-ci yüzil Erməni kilsə xadimi, tarixçi Nerses Lam￾bronski və b. bu soyadı daşıyırlar.

Lokmanyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli loğman ismindən yaranmış Loğman şəxs adından ğ-k əvəzlənməsi ilə düzəldilmişdir. Loğman əfsanəvi bir həkimin adı olub, klassik ədəbiy￾yatda və dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən, bilici şəxs mənalarında işlənmişdir.İrəvandan Karina Lokmanyan, Karo Lokmanyan, Hay￾kaz Lokmanyan və b. bu soyadı daşıyırlar.

Lokyan

Bu erməni soyadı Azərbaycan dilində dəvə mənasında işlənən lök ismindən yaranmış Lök ləqəbindən düzəldilmişdir.Erməni dövlət və təsərrüfat xadimi David Arsenoviç Lokyan, Rusiyanın Krasnodar diyarından Seyran Vartanoviç və b. bu soyadı daşıyırlar.

Lulikyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli lülük//lülək sözündən ü-u, ə-i əvəzlənmələri ilə düzəldilmişdir.

Luloyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli lül sözündən yaranmış Lül ləqəbindən ü-u əvəzlənməsi və “o”
səsartımı ilə düzəldilmişdir.“Lül” sözü çox vaxt özündən sonra “qəmbər”, “atəş”
sözlərini işlədərək ünvanlandığı şəxsin kefliliyinin son həddini
bildirir.Rusiyanın Moskva şəhərindən Arsen Luloyan, Lilit Lu￾loyan və b. bu soyadı daşıyırlar.

Melik-Şahnazaryan//Melik-Şahnazarov

Bu erməni soyadları Azərbaycan dilində titul, mənsəb, rütbə bildirən ərəb mənşəli məlik//melik sözündən və Şahnəzər
şəxs adından ə-a əvəzlənməsi ilə düzəldilmişdir. Məlik və Şahnazar adlarının məna və mənşəyi barədə Melikbekyan və Şahnazaryan soyadlarından danışarkən bəhs
etmişik.Professor Aleksandr Mixayloviç Melik-Şahnazarov, er￾məni politoloqu, “Voskanapat” analitik mərkəzinin rəhbəri Le￾von Hrantoviç Melik-Şahnazaryan və b. bu soyadı daşıyırlar.

Mihranyan

Bu erməni soyadı qədim Azərbaycanın Alban dövrü tari￾xində mühüm yer tutan Mehranilər sülaləsinin adından yaran￾mış Mehran şəxs adından e-i əvəzlənməsi ilə düzəldilmişdir.
Tarixdən məlum olduğu kimi, Mehranilər sülaləsi Qafqaz Albaniyasını 628-705-ci illərdə idarə etmişlər. Bu sülalənin
əsası Sasani şahının kürəkəni Mehran tərəfindən qoyulmuşdur. Moisey Kağankatylıya görə, Mehran edam olunmaq təhlükə-
sindən qaçaraq miladi tarixilə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə
gəlmiş, vilayətin nüfuzlu əyanlarını nahar yeməyinə dəvət edib, onları öldürtmüş və Girdimanın sahibi olmuşdur. Erməni bəstəkarı Emma Vartanovna Mihranyan, polito￾loq Andranik Movsesoviç Mihranyan və b. bu soyadı daşıyırlar.

Mudiryan

Bu erməni soyadı Azərbaycan dilindəki müdir sözündən yaranmış Müdir ləqəbindən ü-u əvəzlənməsi ilə düzəldilmişdir.Müdir sözü Azərbaycan dilində bir idarəni, müəssisəni
idarə edən adama, idarə başçısına deyilir.
Vahan Mudiryan, Anahit Mudiryan və başqa çoxlu sayda sıravi erməni bu soyadı daşıyırlar.

Muğnetsyan

Ermənilərdə yaşadıqları yer-yurd adları ilə bağlı soyad￾lardan biri dı Muğnetsyan soyadıdır. Belə soyadlar adətən,
Azərbaycan dilində -lı4 şəkilçisini əvəz edən tsi (ruscada “ци”– ermənicədə “ցի”) şəkilçisi ilə düzəldilir. Muğnetsyan soyadı
da Əştərək rayonu ərazisindəki Muğni kənd adından götürül￾müşdür. Muğnetsi, yəni Muğneli.Erməni şair və nasiri Vahan Martinoviç Muğnetsyan,Rusiyanın Barnaul şəhərində fərdi sahibkar Nuna Arkimedov￾na Muğnetsyan və b. bu soyadı daşıyırlar.

Mumçyan//Mumcyan

Bu erməni soyadı Azərbaycan dilindəki mum sözünə sənət, peşə bildirən -çı şəkilçisi artırmaqla əmələ gəlmiş mumçu
ismindən yaranmış Mumçu ləqəbindən sözün sonundakı “u”saitinin düşməsi yolu ilə düzəldilmişdir. Soyadın ikinci va￾riantında bura ç-c əvəzlənməsi də əlavə olunmuşdur.

Nşanyan//Nişanyan

Bu erməni soyadı Azərbaycan dilindəki nişan sözündən eliziya hadisəsi ilə (“i” foneminin düşməsi) düzəldilmişdir. Professor Q.Qeybullayev xalqımız arasında keçmiş tarixi ənənəyə malik olan, dərin kök salmış nişan sözünün ermənilər tərəfindən oğurlanaraq nşan formasında işlədildiyini qeyd etmişdir.Nişan sözünün dilimizdə aşağıdakı mənaları var:

1. Əsər, əlamət iz:

Vidadi, xəstəni gəl indi tanı,
Hanı o sən görən şəklü-nişanı.
M.V.Vidadi.

2. Bir şeyi başqa bir şeydən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə, nişanə;

3. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə, nişanə, nişangah, nişana almaq (götürmək), silahı hədəfə tuşlamaq;

4. hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli
və s.-dən hazırlanmış xüsusi lövhəcik;

5. oğlan tərəfindən qızı nişanlamaq məqsədilə gön￾dərilən üzük, şiriniyyat və s.
Kolumbiya universitetində erməni dili və mədəniyyəti üzrə professor Mark Nişanyan, fransız dizayner Veronik Nişanyan və b. bu soyadı daşıyırlar.

Nubaryan

Bu erməni soyadı Azərbaycan dilindəki nübar sözündən yaranmış Nubar şəxs adından düzəldilmişdir. Mənası ilk bar, ilk övlad, hər şeyin ilki deməkdir. Azərbaycan türklərində bu ad da qadın adıdır və onun soyad kimi götürülməsi ermənilər
üçün normal haldır.

Ormanyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli or￾man sözündən yaranmış Orman şəxs adından düzəldilmişdir.Azərbaycan dilində orman sözü meşə anlamında işlədilir. Bu sözdən ormanlı, ormanlıq düzəltmə sözləri yaranmışdır.1841-ci il İstanbul doğumlu erməni din xadimi və tarixçisi, arxiyepiskop Maqakiya Ormanyan, doktor Mişel Orman￾yan və arvadı Armenuhi Ormanyan və b. bu soyadı daşıyırlar.

Osmanyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli Os￾man şəxs adından düzəldilmişdir.Osman şəxs adı Məhəmməd peyğəmbərin yaşıdı və si￾lahdaşı, gələcək xəlifə Osman ibn Affanın adından götürül￾mədir. Lakin biz bu fikirdəyik ki, islama düşmən münasibət bəsləyən xristian ermənilərdəki Osmanyan soyadı heç də xəlifə
Osmanın adından götürülmə deyil. Çox güman ki, bu ad türk Osmanlı dövlətinin
əsasını qoyan I Osmandan (1258-1324//1326) sonra türklər arasında geniş yayılmış Os￾man şəxs adından alınmış və sonra da soyadına çevrilmişdir.Kənd təsərrüfatı elmləri doktoru, professor Artyom Kar￾loviç Osmanyan, Rusiyanın Rostov vilayətində fərdi sahibkar Arşaluys Xaçikoviç Osmanyan, və b. bu soyadı daşıyırlar.

Otaryan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli otar feilinin əmr formasından düzəldilmişdir.

Pahlevanyan

Bu erməni soyadı Azərbaycan dilindəki pəhləvan sözün￾dən yaranmış Pəhləvan şəxs adından əh-ax, ə-e əvəzlənmələri
ilə düzəldilmişdir.Azərbaycan dilində pəhləvan sözünün iki anlamı var. Bunlardan birincisi hər hansı bir çox güclü, igid, qəhrəman adam haqqında işlədilən ifadədir. İkincisi isə, güləşlə məşğul
olan adama, güləşçiyə verilən addır.
Professor Alina Aşotovna Pahlevanyan, Ermənistan SSR-in Əməkdar inşaatçısı Qurqen Artaşesoviç Pahlevanyan və b. bu soyadı daşıyırlar.

Pirumyan//Pirumov//Pirimov

Bu erməni soyadı Azərbaycan insanının inanc yeri, pənah gətirdiyi, ümidini və arzusunu, diləyini bağladığı ocaq anlamında olan pir sözünün 1-ci şəxsin təkinə aid mənsubiyyət
şəkilçisi qəbul etmiş pirim sözündən yaranmış Pirim şəxs adından düzəldilmişdir.
Pirim şəxs adı Ovçu Pirim kimi də nağıllarımızın əsas qəhrəmanlarından biridir.Professorlar Gevork Petroviç Pirumyan, Ulyan Haykoviç Pirumov, professor Xristofor Nikolayeviç Pirimov və b. bu
soyadı daşıyırlar.

Piruzyan

Bu erməni soyadı Azərbaycan dilindəki fars mənşəli Firuz şəxs adından f-p əvəzlənməsi ilə düzəldilmişdir. Bu şəxs adı öncə farslardan türklərə, türklərdən isə ermənilərə keçmişdir. Firuz – qalib, üstün, müzəffər, qalib gəlmiş mənaları bil￾dirir. Ermənilər “p” friaktiv samitini həmişə kar “p” kimi tələffüz etdiklərinə görə Firuz şəxs adı Piruz formasını aldıqdan sonra Piruzyan soyadı düzəldilmişdir.Cənubi Azərbaycanda rast gəlinən Piruz şəxs adı ilə
müqayisə etmək olar.

Raşidyan//Raşidyants

Bu erməni soyadı Azərbaycan dilindəki igid, qəhrəman, qorxmaz, düzgün, doğru anlamlarında olan rəşid sözündən ə-a
əvəzlənməsi ilə düzəldilmişdir. Arxitektura doktoru, professor Harri Haykoviç Raşid￾yan, Rusiyanın Moskva şəhərindən Naira Aşotovna Raşidyan,Rusiyanın Əməkdar arxitektoru, professor Karen Haykoviç
Raşidyants və b. bu soyadı daşıyırlar.

Rustamyan//Rostomyan

Bu erməni soyadı Azərbaycan dilindəki Rüstəm//Rustam şəxs adından düzəldilmişdir.
Bu şəxs adı öncə ərəblərdən türklərə, türklərdən isə ermənilərə keçmişdir. Enlikürək, boylu-buxunlu anlamındadır.
Ermənilərdə bu soyadın Rostomyan variantı da müşa￾hidıə edilməkdədir ki, bu özü də Rüstəm adının ermənilərə aid olmadığını təsdiqləyən faktlardandır. Belə faktlara erməni di￾lində tez-tez müşahidə olunmaqdadır. Bu, o deməkdir ki, er￾mənilərə yad olan belə adların onlarda konkret bir anlamı,
yazılış forması yoxdur. Ermənistan parlamentinin deputatı Armen Yeznakoviç Rustamyan, bəstəkar Stepan Arzumanoviç Rostomyan və b. bu soyadı daşıyırlar.

Rzaxanyan

Bu erməni soyadı Azərbaycan dilindəki Rza şəxs adı ilətitul, mənsəb, rütbə bildirən xan sözünün birləşməsindən ya￾ranmış Rzaxan şəxs adından düzəldilmişdir.Gürcüstanda erməni kilsəsinin başçısı Vazgen Rzaxan￾yan bu soyadın daşıyıcısıdır.

Sazandaryan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli sa￾zəndə//sazandar sözündən düzəldilmişdir. İki variantda, həm
sazəndə, həm də sazandar kimi işlədilən bu sözün dilimizdə 1) ümumiyyətlə çalğıçı, 2) simli musiqi alətlərində çalan musiqiçi
və 3) tarzən, kamançaçalan, dəfçalan və xanəndədən ibarət ansaml anlamları var.
Erməni opera müğənnisi, SSRİ Xalq artisti Tatevik (Tat￾yana) Tiqranovna Sazandaryan və b. bu soyadı daşıyırlar.

Sundukyan

Bu erməni soyadı Azərbaycan dilindəki sandıq sözündən düzəldilmişdir. Ərəb dilində sənduq şəklində olan bu söz ərəb dilindən türk dillərinə keçdikdən sonra sandıq, sanduk, sunduk formalarında işlənmiş, ahəng qanuna tabe olmuş və dilimizin lüğət tərkibini zənginləşdirmişdir.Beləliklə, sandıq-sunduk sözü ermənilərə türk dili vasi￾təsilə keçmişdir.Tanınmış erməni yazıçısı, dramaturqu Qabriel Mkrtiçeviç Sundukyan, hazırda İsraildə yaşayan Aleksandr Sunduk￾yan və b. bu soyadı daşıyırlar.

Suratyan

Bu erməni soyadı Azərbaycan dilindəki surət sözündən yaranmış Surət şəxs adından ə-a əvəzlənməsi ilə düzəldilmişdir. Dilimizdə surət sözünün aşağıdakı mənaları var:

1) zahiri görünüş, şəkil;

2) üsul, qayda, tərz;

3) bir şeyin əslindən köçürülmüş nüsxəsi, üzü;

4) ədəbiyyatda tip, obraz, xarakter;

5) portret, təsvir;

6) riyazi kəsirdə bölünən ədəd və s.

Murat Suratyan, Armen Suratyan və b. bu soyadı daşıyırlar

Şahnazaryan//Şahnazarov

Bu erməni soyadı Azərbaycan dilindəki şah ümumi ismin￾dən və ərəbmənşəli nəzər sözlərinin birləşməsindən əmələ gəlmiş
Şahnəzər (Şahnazar) mürəkkəb şəxs adından düzəldilmişdir.Nəzər (Nazar) şəxs adının izahı Nazaryan soyadında ve￾rilmişdir.
Şahnazaryanların (Şahnazarov) əcdadları Dağlıq Qara￾bağ ərazisinə XVII yüzilin sonlarında İrandan köçürülmüşlər.

Şaharyants//Şehiryan

Bu erməni soyadı Azərbaycan dilindəki şəhər ümumi is￾mindən birinci variantda ə-a əvəzlənmələri, ikinci variantda
ə-e, ə-i əvəzlənmələri ilə düzəldilmişdir.
Azərbaycan dilində inzibati idarələri, sənaye, ticarət, mədəniyyət mərkəzləri olan böyük yaşayış məntəqələrinə şə-
hər deyilir.Ukraynanın Kiyev vilayət radasının deputatı Armen Şaharyants, Rusiyanın Moskva şəhərindən erməni millətindən olan Anyela Şehiryan, yenə də Moskva şəhərindən Marqarita Şehiryan və b. bu soyadı daşıyırlar.

Şişmakyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli şişmək feilindən düzəldilmişdir.
Şişmək feilinin Azərbaycan dilində aşağıdakı mənaları var:

1) zədə, xəstəlik və s. nəticəsində qalxmaq, köpmək, qa￾barmaq;

2) çox kökəlmək, piylənmək;

3) umsunmaq, tamarzı qalmaq.

Ermənilərin 1860-cı ildə Osmanlı İmperiyasında yarat￾dıqları ilk təşkilat olan “Xeyriyyəçilik İttifaqı”nın əsasını qo￾yanlardan biri X.Şişmakyan olmuşdur.

Tavadyan

Bu erməni soyadı Azərbaycan dilindəki Tavad şəxs adından düzəldilmişdir.Tibb elmləri doktoru, professor Levon Ağasiyeviç Ta￾vadyan, erməni dövlət və elm xadimi Aşot Ağasiyeviç Tavad￾yan və b. bu soyadı daşıyırlar.

Terzibaşyan

Terzibaşyan erməni soyadı Azərbaycan dilindəki parça biçib-tikən usta anlamında dərzi ümumi ismindən və başı sö-
zündən yaranmış Dərzibaşı ləqəbindən d-t, ə-e əvəzlənməsi vəsözün sonundakı “ı” saitinin düşməsi ilə düzəldilmişdir.
“Dərzilərin başçısı”, “baş dərzi” anlamına gəlir.Filologiya elmləri doktoru Vahram Vahanoviç Terzibaşyan, arxitektor Aram Barseqoviç Terzibaşyan və b. bu soyadı
daşıyırlar.

Tevekelyan

Tevekelyan erməni soyadı Azərbaycan dilindəki təvəkkülsözündən yaranmış Təvəkkül şəxs adından ə-e, ə-ü əvəzlənmələri və qoşa “k” samitinin birinin düşməsi ilə düzəldilmişdir. Azərbaycan dilində təvəkkül – hər şeyi Allaha, taleyə buraxma, Allahdan kömək və imdad gözləmə anlamına gəlir.
Erməni sovet yazıçısı Vardkes Harutyunoviç
Tevekelyan,yazıçı-jurnalist Diana Vardkesovna Tevekelyan və b. bu soyadı
daşıyırlar.

Tolmacyan

Bu erməni soyadı türk dillərində tərcüməçi mənasını bil￾dirən dilmanc, tilmanc, tolmac sözlərinin sonuncu variantından
(tolmac) “ç-c” əvəzlənməsi ilə düzəldilmişdir və peşə, sənət
bildirir.Rus dilində eyni mənanı bildirən Tolmaçov soyadı vardır. Bizcə, Tolmaçyan soyadını ermənilər də, ruslar da türklərdən əxz etmişlər. Tolmaçov soyadlı rusların kökü türkdür və onların ulu babaları Qızıl Ordadan rusların tərəfinə keçmişlər.
Erməni boksçusu Qabriel Tolmacyan, İrəvandan Ağavni Tolmacyan və b. bu soyadı daşıyırlar.

Tsarukyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli ça￾rıq sözündən yaranmış Çarıq ləqəbindən düzəldilmişdir. Keçmişdə kəndlilərin geydiyi aşılanmış, yaxud xam
göndən tikilən primitiv ayaqqabıya çarıq deyilirdi. Ermənistanın Milli Olimpiya komitəsinin prezidentn, iş adamı Qaqik Kolyayeviç Tsarukyan, həyat yoldaşı Cavahir Tsarukyan və b. bu soyadı daşıyırlar.

Tumanyan//Tumanov

Bu erməni soyadı türkmənşəli duman və ya tuman sözündən yaranmış Duman//Tuman şəxs adından düzəldilmişdir.“Kitabi-Dədə Qorqud”dakı Tumanın qalası, Gürcüstan￾dakı Dumanisi rayon adları ilə müqayisə oluna bilər.Tanınmış erməni yazıçısı Hovanes Tadevosoviç Tuman￾yan bu soyadı daşıyırdı. Qərbi Azərbaycanın Loru mahalının
Allahverdi rayonunun adını sovet dövründə ermənilər dəyişib, Hovanes Tumanyanın şərəfinə Tumanyan rayonu qoymuş-
dular. Sonralar rayon mərkəzi olan Manas şəhərinin adını da dəyişib Tumanyan şəhəri qoydular.Akademik Mikael Qalustoviç Tumanyan, professorlar Anna Levonovna Tumanova, Vardan Samsonoviç Tumanyan
və b. bu soyadı daşıyırlar.

Udumyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli udum sözündən düzəldilmişdir.
Udum kəlməsi Azərbaycan dilində udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti başa düşülür. Bir
udum – bir dəfəyə udulacaq qədər, bir qurtum anlamına gəlir.Ermənistan SSR-in mədəniyyət naziri, xarici işlər naziri vəzifələrində işləmiş Kamo Babiyeviç Udumyan, Rusiyanın
Voronej şəhərində həkim-ortoped Qor Hamletoviç Udumyan və b. bu soyadı daşıyırlar.

Uğuryan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli uğur sözündən yaranmış Uğur şəxs adından düzəldilmişdir.Uğur sözünün dilimizdə bəxt, səadət, xoşbəxtlik, müvəf￾fəqiyyət anlamları var.Rusiyanın Rostov şəhərindən Marqar Uğuryan, Belorusi￾yadan Qriqori Nikolayeviç Uğuryan və b. bu soyadı daşıyırlar.

Uğuzyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli uğuz sözündən yaranmış Uğuz şəxs adından düzəldilmişdir. Oğuz adının ekvivalentidir.Rusiyanın Moskva şəhərindən Armen Uğuzyan və b. bu soyadı daşıyırlar.

Vahanyan//Vahanov

Bu erməni soyadı V yüzildə yaşamış Alban şahzadəsi Vahanın adından götürmə şəxs adından yaranmışdır. Vahan şəxs adının türkmənşəli olmasını “ahan” – ”ağan” kompo￾nenti ilə düzəlmiş Aqanyan,Aqanbekyan, Aqanin soyadları da təsdiq edir.Professorlar Aqripinna Yakovlevna Vahanova, Qriqori
Arşaluysoviç Vahanyan və b. bu soyadı daşıyırlar.

Vanyan

Vanyan erməni soyadı qədim türk dövlətlərindən olan Urartu – Bianili (On boyun eli) dövlətinin paytaxtı Van (Bian)
şəhərinin adından düzəldilmişdir.
Ukraynada Erməni Gənclər İttifaqının sədri Vanuş Sam￾veloviç Vanyan, həkim-cərrah Albert Andranikoviç Vanyan və
b.bu soyadı daşıyırlar.

Varaqyan

Varaqyan erməni soyadı Azərbaycan dilindəki türkmənşəli vərəq (danışıq dilində varaq) ümumi ismindən düzəldilmişdir.
Azərbaycan dilində vərəq sözü müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi anlamında işlədilir.
Ermənistan parlamentinin deputatı Mxitar Norikoviç Va￾raqyan, Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqork şəhə-
rində iş adamı Seyran Sanasaroviç Varaqyan və b.bu soyadı
daşıyırlar.

Yengibaryan

Bu erməni soyadı türkmənşəli yeni-yenqi-yengi sözün￾dən və bar komponentindən düzəlmiş Yengibar şəxs adından
yaranmışdır. Mənası yeni, təzə-tər bar, meyvə, məhsul demək￾dir. “Yeni” mənasında türkmən, özbək, qazax, tatar, başqurd
və krım tatarlarının dialektində yenq sözü və onun yengi pa￾raleli vardır. Türk dillərində “nq” qovuşuq birləşməsinə Men￾qli Gəray, Menqli Timur, Menqlikul şəxs adlarında rast gəlinir.

Həmin dialektlərdə -nq qovuşuq samitləri əsasən feilin forma￾larında işlənir: gələnqi, gedənqi, oturanqı, duranqı//turanqı və s. Professor Q.Qeybullayev -nq qovuşuq birləşməsinin türk
dillərinə xas olduğunu qeyd etmişdir.
Ermənicə yeni//yenqi – “nor”, bar isə xarakaran kimi tərcümə edilir, lakin ermənilərdə Norxarakaranyan soyadı
yoxdur.Professorlar Azad Adibekoviç Yengibaryan, Robert Vaçaqanoviç Yengibaryan və b. bu soyadı daşıyırlar.

Yeremyan//Yeramyan

Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli yer və 2-ci şəxs mənsubiyyət şəkilçisi olan -im şəkilçisindən i-e
əvəzlənməsi ilə düzəldilmişdir. Soyadın Yeramyan variantında isə i-a əvəzlənməsi müçahidə olunur.Erməni tarixçisi, akademik Suren Tiqranoviç Yeremyan,professorlar Vitali Vladimiroviç Yeremyan, Srbui Qarnikovna Yeramyan və b. bu soyadı daşıyırlar.

Yuldaşyan

Bu erməni soyadı türk dillərindəki yuldaş//yoldaş sözündən düzəldilmişdir. Müxtəlif türk dillərində yol sözünün
yul paraleli vardır və bu türkmənşəli erməni soyadı tatarlardakı Yuldaşov soyadı ilə müqayisə edilir. Beləliklə, Yuldaş//Yoldaş ismi yul//yol və daş kompo￾nentlərindən düzəldilmişdir və sirdaş, qardaş, soydaş, vətən￾daş, əməkdaş sözləri ilə sinonim təşkil edir. Bir yerdə yol ge￾dənlər, işləyənlər, həmkarlar bir-birinə yoldaş deyə müraciət edirlər. Müqəddəs amallar uğrunda birgə mübarizə aparan insanlar da bir-birini yoldaş adlandırırlar.“Yoldaş” sözünə ermənicə hinger deyirlər və ermənilər￾də Hingeryan soyadına rast gəlinmir.
Özbəkistanda yaşayan Edik Yuldaşyan və bir çox başqa sıravi erməni bu soyadı daşıyır

Zavaryan

Bu erməni soyadı Azərbaycan dilindəki zəvvar sözündən yaranmış Zəvvar ləqəbindən ə-a əvəzlənməsi və “v” qoşa samitinin birinin düşməsi ilə düzəldilmişdir. Azərbaycan dilində siyarət edən, ziyarətə gedən və ya ziyarətdən qayıdan adama zəvvar deyilir.Rusiyanın Moskva şəhərində 2072 saylı gimnaziyada musiqi müəllimi işləyən Qohar Davidovna Zavaryan, İrəvanda
“Erebuni” tibb mərkəzində işləyən travmotoloq-ortoped Levon Edmondoviç Zavaryan və b. bu soyadı daşıyırlar.

Zakoyan

Bu erməni soyadı Azərbaycan dilindəki zəki sifətindən yaranmış Zəki şəxs adından i-o əvəzlənməsi ilə düzəldilmişdir.
i-o əvəzlənməsi türk dilləri üçün səciyyəvi olmasa da, adya￾ratmada erməni dili üçün kifayət qədər səciyyəvidir: Xaçatur –
Xaço, Mikael – Miko, Karapet – Karo, Zaki – Zako və s.

Zəki adının mənası barədə Zakiyan soyadından danışar￾kən bəhs etmişik.
Böyük Vətən müharibəsi iştirakçısı olan Suren Mehra￾boviç Zakoyan, professor Karapet Rafikoviç Zakoyan və b. bu
soyadı daşıyırlar.

(Davamı var)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button