Redaktor seçimi

Avropanın siyasət və idman meydanlarında “Qarabağ” fırtınası

Oyun başlayandan rəqib komandanın azarkeşləri komandamızı sıxma-boğmaya salmağa cəhd etdilər. Bu sadəcə cəhd idi.

Lakin “Qarabağ” komandası üçün bu o qədər də önəmli deyil. Qurban Qurbanovun yetirmələrinin ən üstün cəhəti ondan ibarətdir ki, onlar meydançaya yalnız qələbə üçün çıxır, yalnız topu görür, qapını nişan alır və məqsədə çatır. Ermənipərəst yunan azarkeşlərin meydançada oyunçularımızı fitə basmağı da çox çəkmədi. Heç rəqibin süni ofsaydları da. “Qarabağ” həm rəqibi, həm də azarkeşləri elə cəzalandırdı ki, onlara bu gecəni unutmaq çox vaxt alacaq.

6 oktyabrda bütün gözlər Praqaya köklənmişdi. Azərbaycan mətbuatı eləcə də dünya mətbuatı ölkə başçısı cənab Prezident İlham Əliyevin görüşlərini, verdiyi bəyanatları gözləyirdi.

Siyasi arenada xüsusi çəkiyə malik olan İlham Əliyev beynəlxalq tədbirə gəlməsi, dünya liderləriylə bir arada görünməsi siyasi dairələrin marağındaydı. 2-ci Qarabağ müharibəsindəki möhtəşəm qələbədən sonra, Azərbaycanın suverenliyinin Ermənistan tərəfindən rəsmi qəbul olunması daha bir zəfər idi.

“Qarabağ”ın möhtəşəm qələbəsi isə ölkə başçısının günün əvvəlində keçirdiyi görüşlərin yekunudur desək lap yerinə düşər. Həm siyasi, həm idman arenalarındakı görüşlər qələbə ilə başa çatdı.

Yunanlar min illər öncə saxtakarlıq edib taxta atın sayəsində troyalıları tələyə salıb qələbə qazanıblar. Biz isə Yunanıstana “Qarabağ atları”yla gedib, ağ atın belində də geri qayıtdıq. Alnımız açıq, üzümüz ağ.

Biz siyasi meydanda, döyüş meydanında da, idman meydanında da möhtəşəm qələbə qazandıq.

İstanbulun fəthindən sonra, “Olimpiakos”un da fəthi tarixini də “Qarabağ” yazdı. Özü də çox böyük hərflərlə.

İstanbul da bizimdir, Qarabağ da…

Savalan Talıblı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button