Ədəbiyyat

Polad iradəli, ay Polad paşam…

VÜQAR ƏHMƏD. ŞƏHİD GENERAL POLAD HƏŞİMOVUN XATİRƏSİNƏ (MƏRSİYƏ)
Şəhidoldu el uğrunda bir paşa,
Candan keçdi İlqar ilə o qoşa,
Behiştdəsən, ölməmisən! SƏN YAŞA!!!
Poladiradəli, ay Polad paşam.
Sənin ölümünə ellər ağlayır,
Çiçəklər ağlayır, güllər ağlayır,
Könüllər ağlayır, dillər ağlayır,
Polad iradəli, ay Polad paşam.
Öpürəm ananın yaşlı gözündən,
Balanın, – Ay Ata, deyənsözündən,
Öpürəm o məsum, nurlu üzündən,
Polad iradəli, ay Polad paşam.
Mehdinin, Həzinin yolunu tutdun,
Düşmənin sağını, solunu tutdun,
Sonda,qəhrəmanım,ölümü tutdun,
Polad iradəli, ay Polad paşam.
Gözündə dünyanın malı heçimiş,
Mübariz tək el- canınıniçiymiş,
Düşmənin də bic doğulan bicimiş,
Polad iradəli, ay Polad paşam.
İLHAMLA getmisən döyüşə, cəngə,
Murdar düşmənimiz heçdi, bir çəngə,
Paşam,bənzəyirdin şirə, pələngə,
Polad iradəli, ay Polad paşam.
Halal idin, hey çəkirdinzəhməti,
Əltutardın əsgərlərə xəlvəti,
Gözüyaşlı qoydunVüqar Əhmədi,
Polad iradəli, ay Polad paşam.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button