Müsahibə

“Mən bahalaşmadan çox da narahat deyiləm”- TAHİR İMANOV

“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

Analoq.az xəbər verir ki, bu sözləri bakupost.az -a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: 

“Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button