Redaktor seçimi

Torpaqlarımızı həm çiçələndirən,həm də qoruyan melioratorlar peşə bayramlarını qürurla keçirir

“Biz torpaq və suyun müqəddəsliyinə inanır, onların nəyə qadir olduğunu yaxşı bilirik. Torpaq uğrunda bu Qələbə ilə Siz bir daha sübut etdiniz ki, böyük şəxsiyyətlər, görkəmli sərkərdələr yetirən xalqın böyüklüyü onun sayca az və ya çox olmasında deyil. 30 ildir röyalarda gördüyümüz işğal altında olan Qarabağ torpaqlarının azad olunması üçün Sizin rəhbərliyinizlə aparılan əks-hücum əməliyyatları hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurdu.

Cənab Prezident, Siz Qarabağ uğrunda bu Qələbə ilə sübut etdiniz ki, Azərbaycan xalqı hələ tükənməyib, hələ var, olacaq və dünya hərb tarixinə İlham kimi öz qəhrəman sərkərdələrinin adlarını yenə də yazdıracaq. Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz və son məqsədə çatmağa olan qətiyyətiniz sayəsində əldə edilib.

Bu sətirlər Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindən sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Hidrogeoloji – Meliorativ Xidmət İdarəsinin kollektivi tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabalarına ünvanlanmış 27 noyabt 2020-ci il tarixli müraciətindəndir.

Qeyd edək ki, Bu qələbədə payı olanlar arasın¬da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları da var. Vətən müharibəsində 226 melio¬rator torpaqlarımızın azadlığı uğrunda şücayət göstərib. Onlardan 17 nəfəri yaralanıb, 3 nəfəri isə qəhrəmancasına şəhid olub. Döyüşlərdə qəhrəmanlıq göstərən 49 nəfər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mü¬kafata layiq görülüb. Vətən müharibəsi iştirakçısı olan melioratorlardan 49 nəfəri ümumilikdə 66 medal və fəxri fərmanla mükafatlandırılıb.

Hansı ki, bu kollektiv uzun illərdir respublika ərazisində əkinəyararlı torpaq sahələrinin hidromeliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların bataqlıqlaşmasının və şorlaşmasının qarşısının alınması kimi ən vacib işləri həyata keçirirlər. Bu kollektivin sayəsində son illərdə kənd təsərrüfatının inkişafı etdirilməsi üçün meliorativ tədbirlərin görülməsi nəticəsində 100 minlərlə hektardan çox suvarılmayan torpaq sahələrinə su xətləri və kanallar çəkilmişdir ki, bu da fermerlərə, sahibkarlara əlverişli şərait yaratmışdır.

Göründüyü kimi bu kollektiv torpaqlarımızın çiçələnməsi üçün çalışdığı kimi, lazım olan anda torpaqlarımızı qorumağa da qadir, işğaldan azad olunması naminə də səfərbər olan bir kollektivdir. Məlum olduğu kimi 5 iyun respublikamızda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu bayramda meliorasiya və su təsərrüfatı işçiləri artıq işğaldan azad olunmuş ərazilərdə meliorativ işlərin görülməsinə səfərbər olublar. Bunun¬la əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin də qarşısında mühüm vəzifələr durur. İşğaldan azad olunmuş ərazilərdə meliora¬tiv tədbirlər keçirilir, su anbarlarının, kanalların tikintisi infrastruktur layihələri hazırlanır.

Qeyd edək ki, Hidrogeoloji – Meliorativ Xidmət İdarəsi kollektivinin başında son illər Prezident İlham Əliyevin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adı almış Saleh Sadıqov durur. Saleh Sadıqovun bu kollektivə rəhbərliyi sayəsində melioratorlar da yeni şəraitdə daha təşəbbüskar və səmərəli fəaliyyət göstərməyin zəruriliyini dərindən anlayırlar. Məlum olduğu kimi, son illərdə ölkə Prezidentinin diqqət və qayğısı sayəsində kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülmüşdür. Respubli¬ka Prezidentinin imzaladığı 2020-ci il 27 iyun tarixli sərəncama əsasən, “Su ehti¬yatlarından səmərəli istifadə edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Burada nəzərdə tutulan tədbirlərin reallaşdırılması kənd təsərrüfatında sudan davamlı istifadənin təmin edilməsində mühüm rol oyna¬yacaqdır. Hazırda Hidrogeoloji – Meliorativ Xidmət İdarəsinin kollektivi məhz bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Ölkə başçısının tapşırığı ilə respublikamızda əkinçiliyin inkişafı, Dövlət Ehtiyat Fondu torpaqlarının və istifadəsiz qalmış, əkinə yararlı suvarılan torpaqların yenidən istismara daxil edilməsi, rejim-müşahidə şəbəkəsinin və tədqiqat işlərinin genişləndirilməsi sahəsində Hidrogeoloji – Meliorativ Xidmət İdarəsi kollektivinin qarşısında da yeni vəzifələr qoymuşdur. Bununla əlaqədar geniş müzakirələr aparılmış və görüləcək işlərin istiqamətləri müəyyən edilmişdir.

Ümid edirik ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi Saleh Sadıqovun rəhbərliyi altında dünyada baş verən qlobal iqtisadi böhran şəraitinə baxmayaraq, bütün qüvvələrini səfərbər edərək qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi, eləcə də onun yaxşılaşdırılması üçün tədbirlərin hazırlanması üzrə məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Qeyd edək ki, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadıqov həm də uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyadakı xidmətlərinə görə onu YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının sədri seçiblər. Məlum olduğu kimi Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siya¬si, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

30 minə yaxın üzvü olan YAP Səbail rayon təşkilatı tərkibində fəaliyyət göstərən melioratorların ərazi özəyi sıralarında öz işini dərindən bilən, məsuliyyətli və müxtəlif nəsilləri təmsil edən mütəxəssisləri və rəhbər kadrları birləşdirir. YAP-çı melioratorlar partriyanın yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına, partiyamızın sədri İlham Əliyevin siyasi kursuna və ümumxalq həmrəyliyinə sadiqliklərini daimi nümayiş etdirirlər. Bütövlükdə, YAP Səbail rayon təşkilatı rayonun və respublikamızın ictimai-siyasi həyatında göstərdiyi fəallığı ilə diqqəti cəlb edir. Əminik ki, Saleh Sadıqovun sədrliyi ilə melioratorların ərazi təşkilatının partiya sıraları¬nın möhkəmləndirilməsi və vəzifə öhdəliklərinin uğurla yerinə yetirilməsi ilə yanaşı, respublikamızın ictimai-siya¬si həyatında daha da fəal iştirak etmək üçün məqsədyönlü tədbirlərin görülməsində yaxından iştirak edəcəklər.

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin kollektivi bütün görülən işlərlə, həyata keçirilən layihələrlə və əldə oluna nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. Qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə təmin etmək və yeni uğurlara nail olmaq üçün kollektiv bütün imkanlarını təhlil edərək, rejim-müşahidə şəbəkəsinin genişləndirilməsi, görülən işlərin keyfiyyətinin daha da yüksəldilməsi, müasir texnologiyaların və innovativ üsulların istehsalata tətbiqi sahəsində məqsədyönlü fəaliyyətini və axtarışlarını davam etdirir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3.5]

Back to top button