Ədəbiyyat

Vüqar Əhmədin yeni kitabı nəşr olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazar Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” adlı kitabı çap olunub. Monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, müəllifin ustadı Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub. Kitab Ədəbiyyat İnstitutun Elmi Şurasının 9 dekabr 2020-ci il tarixli 6 saylı qərarı ilə çap olunub.

Kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktorlarıRauf Sadıxov və Gülbəniz Babayevadır.

“AFPoliqrAF” nəşriyyatında çap olunan kitab 112 səhifədən ibarətdir. Monoqrafiyada XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələri tədqiq olunur. Kitab giriş, iki fəsil, nəticə və ədəbiyyatdan ibarətdir. Birinci fəsil olan “XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə məsələləri” dörd yarımfəsilə bölünür. “Rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi” adlı ikinci fəsil isə iki yarımfəsildən ibarətdir.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button